Yuxarı

Razi Nurullayev: "Atdığım addımla Arif Hacılının özünü də xilas etmiş oldum"

Razi Nurullayev:

razi nurullayev

Müsavat başqanı Arif Hacılı  bildirib ki, Müsavat partiyası Əli Kərimlinin başçılıq etdiyi AXCP-ni tanıyır. Müsavat başqanının bu fikrinə AXCP-nin sədri Razi Nurullayev Ölkə.az-da münasibət bildirib: "Açığı Müsavat başqanı Arif Hacılıdan bu cür münasibət gözləmirdim. Arif Hacılının bu cür açıqlamasına münasibətim çox mənfidir. Azərbaycan müxalifətində mənim qədər cəsarət tapıb, Əli Kərimlini Azərbaycan xalqının yaxasından düşürmək istəyən adamlar çox azdır.

Eyni zamanda atdığım addımla Arif Hacılının özünü də xilas etmiş oldum. Əli Kərimlinin qarşısı alınmasaydı o, yalançı qəhrəmanlıqla digər siyasi qurumları sıradan çıxaracaqdı. Əli Kərimli hal-hazırda Müsavat Partiyasını sıradan çıxarmış kimi görünür. Heç bir zaman Müsavat Partiyası ilə qarşıdurmaya getmək istəmirəm. Müsavat və digər müxalifət partiyaları bilməlidir ki, Azərbaycan müxalifətinin bir problemi var, o da Əli Kərimlidir. Biz bu problemi aradan qaldırmaq üçün çalışdıq. Arif Hacılının ətrafında olan insanlar mənə deyib ki, siz eyni zamanda Arif Hacılını da xilas etmiş oldunuz. Əli Kərimlinin və onun başçılıq etdiyi qanadın bir nömrəli məqsədi Müsavat Partiyasını sıradan çıxarmaqdır. Biz bunun da qarşısını aldıq, ona görə də, əslində, Arif Hacılı bizə minnətdar olmalı idi".

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı "Facebook"da post paylaşaraq, "Müsavat Partiyası AXCP adında yalnız bir təşkilat tanıyır. Bu təşkilat öz qurultayını sentyabr ayının 27-də keçirərək növbəti dövr üçün rəhbərliyini seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqa təşkilatdır", deyib.

Cebhe.info





Həftənin ən çox oxunanları