Yuxarı

Cavid Musazadə: “Cəmiyyət artıq AXCP sədri kimi Razi Nurullayevi tanıyır”

Cavid Musazadə: “Cəmiyyət artıq AXCP sədri kimi Razi Nurullayevi tanıyır”

[caption id="attachment_1023" align="alignleft" width="368"]cavid musazade Cavid Musazadə: “Cəmiyyət artıq AXCP sədri kimi Razi Nurullayevi tanıyır”[/caption]

“Biz Etimad Qurultayında sübut etdik ki, əsil AXCP bizik. Mən indiyə qədər 4 qurultayda iştirak etmişəm. Ancaq bizim qurultayda olduğu kimi, heç birində əsil coşqunu, izdihamı görməmişdim. Qurultayda AXCP-nin 57 rayon şöbəsindən 212 qurultay nümayəndəsi iştirak edirdi.Qurultaya 1200 nəfərdən çox insan gəlmişdi.

Heç bir siyasi partiyanın qurultayında bu cür izdiham olmayıb. Qeyd edim ki, qurultaya xarici media və səfirlik nümayəndələri də qatılmışdı”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin üzvü Cavid Musazadə deyib.

Qurultayda önə çıxan məsələlərə münasibət bildirən Cavid Musazadənin sözlərinə görə, qurultay tam demokratik şəraitdə keçirilib: “Bunu qurultayda iştirak edən hər bir kəs təsdiq edir. Nizamnaməyə edilən 2 dəyişiklik tarixi hadisə oldu. Avrointeqrasiya artıq bizim üçün prioritet məsələdir, çünki bu, artıq Nizamnamənin tələbidir. Bizim bu yolda görəcəyimiz işlər cəmiyyətin diqqətindən kənarda qalmayacaq. Digər ən önəmli dəyişiklik isə partiya sədrinin seçilmə müddətinin 2 dəfəyə qədər endirilməsi oldu. Bu, demokratiya yolunda mübarizə aparan partiyanın ən önəm verdiyi məsələsidir. Qurultayda keçirilən sədr seçkilərində AXCP-yə sədrlik uğrunda 3 namizədin mübarizə aparması və səsvermənin gizli keçirilməsi də sübut etdi ki, bizim demokratiya anlayışımız təkcə sözdə deyil. Biz yeni, demokratik, sivil bir AXCP yaratdıq. AXCP bizik və bu partiyanın sədri Razi Nurullayevdir. Cəmiyyət də artıq AXCP sədri kimi Razi Nurullayevi tanıyır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları