Yuxarı

“Hansı dövlət təhlükəsizliyindən danışa bilərik?”

“Hansı dövlət təhlükəsizliyindən danışa bilərik?”

Ehtiram Mehtiyev

“Son günlər ölkədə baş verən hadisələrin dövlətimizin imicinə müsbət təsir göstərməcəyini düşünürəm”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP üzvü, politoloq Ehtiram Mehtiyev Milli Təhlükəsizlik Nazirliyinin  vəzifə səlahiyyətlərini aşma və yol verilmiş digər qanun pozuntuları faktları ilə əlaqədar 7 nəfər yüksək rütbəli məmurun cinayət məsulliyyətinə cəlb olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi kimi bir qurumun yüksək vəzifəli şəxslərinin adlarının korrupsiya məsələlərində hallanması bu qurumun uzun illər düzgün, təyinatı üzrə işləməməsinə işarədir: “Milli Təhlükəsizlik Nazirliyi ayrı-ayrı fərdlərin deyil, dövlətin, vətəndaşların təhlükəsizliyini qorumaq üçün yaradılıb. Ancaq son olanlar göstərir ki, Milli Təhlükəsizlik Nazirliyi təyinatı üzrə deyil, başqa maraqlara xidmət edir. Düşünürəm ki, Milli Təhlükəsizlik Nazirliyində köklü islahatlara çoxdan ehtiyac var idi. Milli Təhlükəsizlik Nazirliyində çirkaba batmış məmurların işlərinə yenidən baxılmalıdır və onlar ciddi cəzalandırılmalıdır. Əgər bu cür çox böyük əhəmiyyət kəsb edən qurumlar təyinatı üzrə düzgün işləmirsə, o zaman biz hansı dövlət təhlükəsizliyindən danışa bilərik?”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları