Yuxarı

“Hakimiyyətin daxilindəki "beşinci kolon" zəifdir”

“Hakimiyyətin daxilindəki

[caption id="attachment_518" align="alignleft" width="354"]sebuhi aliyev aslanzade Səbuhi Əliyev: “Hər seçkiqabağı Rusiya Azərbaycanda "təftiş" aparır”[/caption]

Parlament seçkilərinin yaxınlaşması, dünyada və ölkədə baş verən son hadisələr bir sıra ehtimalların önə çıxmasına şərait yaradır. Bəzi mülahizələrə görə, yaranmış situasiyadan istifadə edən rusiyameylli qüvvələr fəallaşa bilər. AXCP funksioneri, politoloq Səbuhi Aslanbəyli bildirdi ki, nəinki son hadisələrdən sonra, ümumiyyətlə, Azərbaycanda rusiyameylli qüvvələrin uzun müddətli hökmranlığı davamlı xarakter alib:

“Demək olar ki, hər seçkiqabağı Rusiya Azərbaycanda bir nov "təftiş" aparır. Bu isə öz növbəsində bizim müstəqilliyimizi şübhə altına alır. Beynəlxalq aləmin Azərbaycandakı seçkiləri müşahidə etməməsi də buna bariz nümunədir”. Siyasi analitik Elçin Xalidbəyli isə deyib ki, həm dünyada, həm də ölkədə baş verən son hadisələrdən sonra belə versiyaların əhəmiyyəti demək olar ki, qalmayıb: “Bu baxımdan, "beşinci kolon"un fəallaşması və ya Rusiyanın bu qüvvələrdən istifadə imkanları da sadəcə, ehtimaldan uzağa gedə biləcək versiya deyil. Digər tərəfdən, son bir neçə gün ərzində Azərbaycanda baş verənlər də belə versiyaların ömrünü qısaldır. Çünki ölkədə hər şeyin prezident İlham Əliyevin tam nəzarətində olduğu bir daha birmənalı şəkildə təsdiqləndi. Belə ki, ölkənin ən önəmli dövlət orqanının rəhbərinin belə asanlıqla vəzifədən azad edilməsi bütün proseslərin prezidentin siyasi iradəsi altında olduğunu göstərir”. Onun sözlərinə görə, prezident bununla hər kəsə sərt mesaj verdi ki, "bir fərmanla sahib olduqlarınızı bir anda itirə bilərsiniz". Və bu, o deməkdir ki, hakimiyyətin daxilində olan heç bir qüvvə, o cümlədən də Rusiyameylli qüvvələr və ya "beşinci kolon" ölkənin taleyi ilə oynamağa, başqa bir dövlətin maraqlarını təmsil etməyə, həmin maraqları ön plana çıxarmağa cəsarət etməz: “Bütün bunları nəzərə aldıqda, Azərbaycanın gələcək taleyinin hakimiyyətin daxilindəki Rusiyameylli və ya Qərbmeylli qüvvələrdən asılı olmadığı şübhə doğurmur. Hətta "beşinci kolon" fəallaşmağa cəhd göstərsə belə, Rusiya bu qüvvənin sayəsində Azərbaycandakı siyasi proseslərə müdaxilə edə bilməz. Çünki Azərbaycan hakimiyyəti daxilindəki "beşinci kolon" zəifdir və iqtidarın içərisindəki Qərbmeylli siyasi dairələr onu balanslaşdırır”.

Cavad





Həftənin ən çox oxunanları