“İnsanlarda müxalifətə inamsızlıq yaranıb.Partiyanı monopoliyaya almış diktator liderlər siyasi səhnədən getməlidir”. Bunu cebhe.info-ya açıqlamasında VİP sədrinin müavini Ramil Hüseynov deyib. Onun sözlərinə görə, xalq onların cəmiyyətə vurduğu zərərdən cana gəlib: “Xalq onların neçə illərdir hakimiyyətlə birgə insanlara vurduğu zərbələri görüb. Onun üçündə uzun illərdən bəri partiya lideri olub heç bir nəticə əldə etməyən siyasətçilər artıq siyasi səhnədən getməlidir.
Düşünürəm ki, Etibar Məmmədov, İsa Qəmbər kimi digərləri də istefa verib siyasi səhnədən kənarlaşmalıdırlar. Bu bizim millətimiz üçün yaxşı olardı. İnsanların müxalifətə inamını qaytarmaq üçün bu yeni bir stimul verərdi”. AXCP-nin Əli Kərimli qanadının Razi Nurulllayevə münasibətini qərəzli oldğunu deyən VİP yetkilisinin fikrincə, siyasi etikadan kənar mübarizə qəbuledilməzdir: “Razi Nurullayev AXCP-yə gələndə Kərimli tərəfdarları onu bəh-bəhlə qarşıladılar.
AXCP-yə bağlı media orqanları hər gün ondan yazdı. Çünki Razi Nurullayevin siyasətdə böyük çəkisi var idi. İndi isə Razi Nurullayev haqqında tamamilə əks təbliğat aparırlar.
Mən bu cür siyasəti qəbul edə bilmirəm. Sizin yanınızda olanda yaxşıdır, olmayanda pisdir? Mən hesab edirəm ki, bu cür siyasət uğursuz və əxlaqdan kənar bir siyasətdir”.
Vilayət Muxtar