Yuxarı

Arzu Abdullayeva:“Azərbaycan iqtidarı bunu anlamalıdır ki...”

Arzu Abdullayeva:“Azərbaycan iqtidarı bunu anlamalıdır ki...”

[caption id="attachment_1997" align="alignleft" width="307"]arzu abdullayeva Arzu Abdullayeva:“Azərbaycan iqtidarı bunu anlamalıdır ki...”[/caption]

Azərbaycan ATƏT Parlament Assambleyası ilə əməkdaşlıqdan imtina edib. Buna səbəb ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina etməsidir. Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının 22 oktyabr tarixində keçirilmiş 1072 saylı iclasında “ATƏT/DTİHB-nin mandatının pozulması” haqqında bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, ATƏT –in DTİHB-nun  direktoru Link məsləhətləşmələr aparmadan özbaşına qərar qəbul edib. “Biz dəvətimizindən imtina edən ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da seçkiləri keçirəcəyik”. Ona görə də Azərbaycan tərəfi hesab edir ki, direktor Link tərəfindən qəbul edilən qərar ATƏT-in 1994-cü il sammitində qəbul edilmiş prosedurların pozulması deməkdir. Bəyanat müəlliflərinin fikrincə, Azərbaycan hazırkı inamsızlıq əsasında əməkdaşlığı davam etdirə bilməz.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva Cebhe.info-ya açıqlamasında rəsmi Bakının təqdim etdiyi bəyanatda göstərilənlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, ATƏT PA və DTİHB məsləhətləşmələr aparmadan qərar qəbul etmir: “Bu qurumlarda qərarlar kollegial qəbul edilir. Ona görə də Azərbaycanla bağlı çox güman ki, müzakirələr aparılıb. O ki qaldı Azərbaycanın rəsmi mövqeyinə, biz buna məyus oluruq. Hər bir tənqidə belə sərt reaksiya verilir. Bu yaxınlarda Avropa Şurasına da belə cavab məktubu göndərilib ki, guya Azərbaycana qərəzli münasibət var. Mən bunu anlaya bilmirəm. Azərbaycan həqiqətən sivil ölkədirsə, islahatlar gedirsə, ictimai fəallar həbs olunmursa, seçkilər ədalətli şəraitdə keçirilirsə, müşahidəçilik üçün imkan yaradılırsa və müşahidəçiliklə məşğul olan təşkilatın rəhbəri həbs edilməyibsə, tənqidi yanaşma da olmazdı. Bu kimi faktlar  var. Buna qarşı da beynəlxalq qurumların  tənqidi mövqeyi olmalıdır. Çünki hər bir ölkənin öhdəlikləri var.  Azərbaycanda belə problemlər olmasaydı, o vaxt inciməyə dəyərdi. Belə çıxır ki, bütün ölkələrdə problemlər var, yalnız Azərbaycanda yoxdur. Sanki hakimiyyət problemləri boynuna almaq istəmir. Bu da düzgün deyil”. Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanın bu qərarından sonra ATƏT-in və digər Avropa təşkilatlarının mövqeyini dəyişəcəyi inandırıcı görünmür. Əksinə, Azərbaycan nümayəndə heyətinin bu addımı ölkəni geriyə sala bilər: “Biz Avropanın siyasi məkanındayıq. Avropa siyasi məkanında olub özünü Avropasayağı aparmamaq, ölkəni Avropa dəyərlərindən imtina etmək mümkün deyil. Azərbaycan dəyişəcək. Azərbaycan iqtidarı bunu anlamalıdır və anlayacaq ki, beynəlxalq qurumlarsız və qaydalarsız Azərbaycan uzun müddət yaşaya bilməz.  Azərbaycanda islahatlar olmalıdır və olacaq”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları