Yuxarı

KXCP: “Namizədlərə qarşı qanunsuzluqlar davam edir"

KXCP: “Namizədlərə qarşı qanunsuzluqlar davam edir

kxcp“Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) namizədlərinə qarşı qanunsuzluqlar davam edir”. Bunu Cebhe.info-ya açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu deyib.

Onun sözlərinə görə, partiya sədri Mirmahmud Mirəlioğlunun namizədliyinin qeydə alınmaması ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından verdiyi şikayət Ali Məhkəmədə təmin edilməyib və məhkəmə özündən əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb: “Seçki qərargahı bu məsələni müvafiq qaydada davam etdirəcək. Artıq qeydiyyata alınmayan namizədlərimiz məhkəmələrə müraciət edirlər. Qeydə alınanlar isə yerlərdə təbligat kampaniyası aparırlar”.

Cavad





Həftənin ən çox oxunanları