Yuxarı

ATƏT-lə münasibətlər gərginləşir

ATƏT-lə münasibətlər gərginləşir

[caption id="attachment_1080" align="alignleft" width="350"]Eli Eliyev Əli Əliyev: “Vəziyyətin bu yerə gəlib çatması ziyanlıdır”[/caption]

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Azərbaycanla bağlı bəyanatı birmənalı qarşılanmır. Qeyd edək ki, bəyanatda ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərdə iştirakdan imtina etməsinin təəssüf doğurduğu bildirilir. Bəyanat müəlliflərinin fikrincə, Azərbaycan hazırkı inamsızlıq əsasında əməkdaşlığı davam etdirə bilməz. Məsələyə münasibət bilidrən Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Faizil Mustafa deyib ki, ATƏT Azərbaycana ikili standartlarla yanşır ki, bu da təbii olaraq narazılıq yaradır:

“Digər ölkələrdən tələb etmədiyi qaydaları Azərbaycandan tələb edir. Azərbaycan tərəfi də bir çox hallarda bunu haqlı olaraq qərəzli mövqe kimi qiymətləndirir. Məsələn, seçkiyə göndərilən müşahidəçi məsələsini buna misal kimi göstərə bilərik. Amma başqa ölkəyə eyni sayda nümayəndə göndərmir. Azərbaycandan tələb edir ki, müşahidəçi digər ölkələrlə nisbətdə 3 qat artıq olmalıdır. Halbuki Ukrayna və bəzi ölkələr Azərbaycanla eyni standartlı dövlətlərdir. Azərbaycana yanaşma xüsusi ayırıcı yanaşma kimi mövqelərdə qərəz özünü büruzə verir. Əsas problem də buradan qaynaqlanır”. F. Mustafa əlavə edib ki, müşahidəçilərin az və ya çox gəlməsi əhəmiyyət daşımır, bu, sadəcə, ölkənin nüfuzu üçün arzuolunan hal deyil: “Məsələn, Ermənistana, Ukrayna kimi böyük dövlətə eyni sayda müşahidəçi ayırmır. Halbuki Ukrayna Azərbaycandan 5 dəfə böyükdür. Azərbaycanla bağlı aparılan müzakirələrdə, Ermənistanla münasibətdə də onsuz da ölkənin mövqeyinə zərbə vuran addımlar atılır. ATƏT tərəfindən bərabərlik işarəsi qoyulmur”. Millət vəkili əlavə etdi ki, onlar daimi Azərbaycanı monitorinq altında saxlayırlar: “Amma Ermənistanı monitorinq altında saxlamırlar. Bizim əsas hədəfimiz heç olmasa Ermənistanla münasibətdə bərabər münasibət görməkdir. Qoyulan fərqə görə, Azərbaycan tərəfi bəzən sərt mövqe sərgiləyir qoyur. Əgər bərabər səviyyədə münasibət görsək əməkdaşlığımız alınar. Vəziyyət bundan ibarətdir”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə  dedi ki, hər iki tərəf qarşılıqlı maraqları nəzərə almalı idilər. Onun fikrincə, dövlət olaraq ATƏT-lə münasibətlərimiz yarım ildir ki, gərgin vəziyyətdə davam edir: “Ancaq ATƏT seçki proseslərində ən azı Avropada fəal və kifayət qədər təcrübəsi olan bir təşkilatdır. Bu baxımdan vəziyyətin bu duruma gəlib çatması arzuolunan deyildi. Dövlətin maraqları baxımından onların seçkiləri müşahidə etməsi lazım idi. Amma müşahidə etməkdən imtina onların qərarıdır. Mən hesab edirəm ki, Azərbaycan rəsmiləri ən azı onların gəlişində maraqlı görünürdülər. Sadəcə olaraq gələcək heyətin say tərkibi barədə fikir ayrılığı var idi. Vəziyyətin bu yerə gəlib çatması hər iki tərəf üçün ziyanlıdır. Mən, ümid edirəm ki, Azərbaycan tərəfi ATƏT-lə münasibətlərin bərpa olunması üçün seçkidən sonra dərhal fəaliyyətə başlamalıdır. Çünki Azərbaycanın demokratik imici və dünyada nüfuzu həm də belə beynəlxalq qurumların açıqlamalardan, mövqeyindən asılı olur. Bəzən elə olur ki, lazım olmayan dərəcədə, aşırı formada ayrı-ayrı məmurların sərt münasibəti bütövlükdə dövlətin maraqlarına ziyan gətirir. Ona görə də ümidvaram ki, seçkdən sonra bu münasibətlər bərpa olunacaq və Azərbaycandakı növbəti seçkilər, bütövlükdə seçkilərarası prosesi ATƏT kimi başqa beynəlxalq qurumlar da müşahidə etmə hüququna malik olacaqlar və prosesdə iştirak edəcəklər”.

Cavad





Həftənin ən çox oxunanları