Yuxarı

“AXCP-də Kərimli dövrü bitdi”

“AXCP-də Kərimli dövrü bitdi”

Ehtiram Mehtiyev

“Biz qısa vaxt, cəmi 2 ay ərzində heç bir partiyanın yarada bilmədiyi, təməli gənclərdən ibarət olan təşkilatı qurduq. Təbii ki, resurslarımız gənclərdən ibarət olduğu üçün az bir müddətdə bunu formalaşdıra bildik. Onlarla rayon şöbələrinin rəhbər strukturunda gənclərimiz təmsil olundu. Ətrafımızda olanlar isə ali savadlı, intellektual gənclərdir”.

Bunu Cebhe.info-ya AXCP-nin üzvü, politoloq Ehtiram Mehtiyev deyib. Mehtiyev qeyd edib ki, AXCP-nin digər partiyalardan fərqi uğurları bərabər paylaşmaqdadır: “Xatırladım ki, bizim ilk mətbuat konfransında AXCP sədri Razi Nurullayev vurğulamışdı ki, cəmiyyət eyni simalardan yorulub. Xalq yeni lider axtarışındadır. Artıq gənclərə yol açmaq lazımdır. Gördüyünüz kimi, Razi Nurullayev bunu bacardı. 18 oktyabrda keçirdiyimiz möhtəşəm qurultay haqqında hələ çox danışılacaq”. Qurultayda Nizamnaməyə edilən dəyişikliklərə də münasibət bildirən politoloq həmin dəyişikliklərin önəmini qeyd edib: “Tarixi gündə Nizamnaməyə 2 dəyişiklik etdik. Əli Kərimli açıq səsvermə ilə 99 faizlə “sədr” seçilmişdisə, biz gizli səsvermə yolu ilə, alternativli seçki keçirdik. AXCP sədrinin ömürlük sədr sevdasını 2 dəfəyə qədər azaltdıq. Baxın budur demokratiya. Artıq bizim üçün Əli Kərimli səhifəsi bağlandı. Məqsədimiz partiyamızı 2018- ci il prezident seçkilərinə aparmaqdır. Biz başqa partiya sədrləri kimi xalqa 20 ildə 4 dəfə "hakimiyyətə gələcəyik" sözü verməyəcəyik. Xalq bu cür vədləri qəbul etmir. Biz çalışacağıq ki, xalqın müxalifətə itmiş etimadını yenidən bərpa edək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları