Yuxarı

“Hansı "iş adamlarıdır" ki, daşa-divara pul xərcləyirlər?”

“Hansı

Elxan Şahinoğlu “Prezident müşavirələrin birində demişdi ki, Bakıda yüklənmə artır, artıq tikinti işlərini bir qədər kənara çıxarmaq lazımdır. Prezident gələn ilin asan olmayacağını da bildirib. Ancaq bunlar məgər prezidenti dinləyirlərmi? Dinləsəydilər, milli təhlükəsizlik naziri Mirşahinin dediyi kimi, milli təhlükə nazirinə çevrilməzdi”. Cebhe.info-nun məlumatına görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz Facebook səhifəsində qeyd edib: “Tək elə bizim məhəllədə - Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 14-cü binanın ətrafında 3 ofis binası tikilir. Əgər 2016-c ilə prezidentin dediyi kimi asan olmayacaqsa və maliyyə diqqətlə xərclənməlidirsə, bu hansı "iş adamlarıdır" ki, pullarını havaya sovururlar, daşa, divara pul xərcləyirlər? Axı Bakıda olan ofis binalarının az qala yarısı boşdur. Osif kirayələmək istəyən Yasamala niyə gəlir ki? Bu pullara tikilən ofislər korrupsiya pullarıdır, alın təri ilə qazanılmayıb. Deyilənlərə görə, 3 binadan biri gömrük nazirinin yaxınının, digəri DİN-nin mütəşəkkil cinayətkarlığa qarşı bölməsində çalışan yüksək rütbəli polisin, o birisi isə keçmiş milli təhlükəsizlik naziri Elmar Mahmudovun yaxın adamına məxsusdur. Bir ara bunlarla mübarizə apardım, ancaq ortada böyük pullar olduğundan həm bina sakinlərinin etirazını, həm də 50 illik ağacları basıb keçdilər. Bir gün Sizi də basıb keçərlər, onda bilərsiniz işinizi...” Cavad





Həftənin ən çox oxunanları