Yuxarı

Seçkiyə inam qalmayıb

Seçkiyə inam qalmayıb

[caption id="attachment_1456" align="alignright" width="318"]Eli Orucov 200710 Əli Orucov: “Bu seçkilər əvvəlkilərdən də pis və anti-demokratikdir”[/caption]

Noyabrın 1-də Azərbaycan parlamentinə keçiriləcək seçkilərə az müddət qalır. Namizədlər arasında seçki fəallığı hiss olunsa da, müxalifət düşərgəsində Azərbaycan hakimiyyətininin əvvəlki seçkilər kimi bu dəfə də nəticələrə müdaxilə edəcəyi barədə fikirlər səsləndirilir.

1995-ci ildən bu yana keçirilən seçkilərdə bir qayda olaraq, parlamentdəki yerlərin əksəriyyətini tutan hakim Yeni Azərbaycan Partiyasının (YAP-ın) bu dəfə də rəqiblərinə yer verməyəcəyi iddia olunur.

“Bu seçkilər hətta əvvəlkilərdən də  pis və anti-demokratikdir”

Siyasi analitik, AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə bildirib ki, seçkilərə Azərbaycan hakimiyyətinin necə münasibət bəslədiyi rəsmən bu prosesə start verildiyi gündən aydın şəkildə ortadadır: “Sanki ölkə parlament seçkilərinə deyil, hansısa məhəlli seçkilərinə gedir. Seçki mühiti demək olar ki, yoxdur. Hamı gözünü zilləyib Prezident Administrasiyasına, intizarla yeni parlamentə 10-15 faiz kimlərin dəyişəcəyini gözləyir. Telekanallara, cap və internet mediasına çıxış yox, insanlarla, seçicilərlə canlı təmaslara imkan verilmir, komissiyalarda saxtakarlığa müntəzir dayanan büdcədən asılı işçilər və s. Lakin heç də bu o demək deyil ki, müxalif düşərgə olaraq bizlər də əl-qolumuzu sallayıb oturaq. İmkanlarımız və gücümüz çatanları etməliyik ki, müsbət mənada nələrəsə nail olunsun. Seçkilərə təkcə hakimiyyətin deyil, bütövlükdə cəmiyyətin, o cümələdən də siyasi qüvvələrin münsibəti dəyişməlidir. Yoxsa "göy”dən heç nə düşməyəcək.Açığı çox çətindir, belə vəziyyətdə seçkilərə gedib nəyəsə nail olmaq. Bu seçkilər hətta əvvəlkilərdən də pis və anti-demokratikdir”, - deyə Ə. Orucov qeyd edib.

6213

Natiq Cəfərli: “Bu təhlükəli haldır”

“İnsanların seçkilərdən xəbərləri yoxdur”

“Real” Hərəkatının icra katibi Natiq Cəfərliyə görə, Azərbaycanın müstəqillik tarixindən bu günədək heç bir seçki normal və standartlara uyğun formada keçirilməyib. N. Cəfərli hesab edir ki, 2015-ci il seçkiləri də bu anlamda müstəqillikdən üzü bu yana ən səssiz, insanların seçkilərə marağının olmadığı, intriqasız, seçki institutunun yerlə-bir olduğu dövrə təsadüf edir: “Seçki kampaniyasında iştirak edən təşkilatın, icra katibi, namizədi kimi seçicilərlə yüzlərlə görüşlərimiz olub. Görünən odur ki, insanların seçki institutuna inamı tamamilə azalıb. Seçkinin bir institut kimi fəaliyyət göstərməsinə və legitimlik institutu kimi ölkənin həyatında vacib rol oynamasına inam qalmayıb. Bu təəssüfedici və təhlükəli haldır. Hətta bir çox insanın seçkilərdən xəbəri yoxdur, seçki olacağı halda harada səs verəcəklərini belə bilmirlər. Ümumiyyətlə ölkədə seçki ab-havası yoxdur. 2010-cu ildə heç olmasa, telekanallarda namizədlər üçün pulsuz efir vaxtlarının olması az da olsa seçkilərə maraq yaratmışdı. Bu seçkilərdə isə pulsuz efir vaxtlarından imtina olundu. Ümumiyyətlə seçkilərin normal şəkildə keçirilməyəcəyini, insanların buna marağının az olacağını əvvəlcədən proqnozlaşdırmaq olar”.

Mənsur





Həftənin ən çox oxunanları