Yuxarı

Elçin Behbudov: “Eldar Mahmudovla kommersiya müqaviləm olmayıb”

Elçin Behbudov: “Eldar Mahmudovla kommersiya müqaviləm olmayıb”

Elcin Behbudov

“MTN-ə maneəsiz girib-çıxmağıma paxıllıq edirlər. Başa düşmürəm, məgər mən MTN-ə kefə, yeyib-içməyə gedirdim?!” Bu sözləri Cəbhə.info-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov son zamanlar adının MTN olayında hallanmasına münasibət bildirərkən deyib.

Hüquq müdafiəçisi MTN-ə monitorinq keçirtmək məqsədi ilə getdiyini bildirib: “Eldar Mahmudovla mənim kommersiya müqaviləm olmayıb. Mən hüquq müdafiəçisiyəm. Elçin Behbudov tək MTN-ə yox, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyinin saxlanma yerlərində də monitorinqlər aparıb. Səlahiyyətlərimə nə aiddir, onu da icra etmişəm. Bizim onlarla, ancaq işgüzar əlaqələrimiz olub. Başqa burda nə ola bilər? Eldar Mahmudov mənim əmim oğlu deyil. Monitorinq keçirib hər hansı bir nöqsan, problem olub, onu da təcridxananın rəhbərliyinə çatdırmışıq. Adımı MTN hadisələri ilə hallandıranlar bizi sevməyən insanlardır. Bu, təxribatdan başqa bir şey deyil”. Bundan sonra da monitorinq keçirəcəksinizmi sualına, hüquq müdafiəçisi belə cavab verib: “Əlbəttə, davam edəcəyik. Bunu etməməyə əsas yoxdur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları