Yuxarı

“Çanaq Eldar Mahmudovun başında çatladı”

“Çanaq Eldar Mahmudovun başında çatladı”

Hemid Herisci“NATO və ABŞ-ın MDB ölkələrində yaratdığı  “Anti-terror Mərkəzləri”nin çanağı Eldar Mahmudovun başında çatladı”

Cebhe.info-nun məlumatına görə, yazıçı, tanınmış teleaparıcı Həmid Herisçi belə bir iddia ilə çıxış edib. “NATO və ABŞ-ın başıbəlalı MDB ölkələrində yaratdığı “Anti-terror Mərkəzləri” Vaşinqtondan alınıb Moskvaya ötürülür. Kurasiyalar dəyişir. “Anti-terror Mərkəzləri”, Qərbin “Böyük Orta Şərq” adlandırdığı coğrafiyada onların tapşırıqlarının icrası məqsədilə formalaşdırılan bir struktur vahidi kimi ortaya çıxmışdı.

Bu mərkəzlərə terror əleyhinə mübarizə adı altında hədsiz geniş səlahiyyələr verilir, texniki təchizatına xüsusi diqqət yetirilir, kadrları isə periodik olaraq ABŞ və Avropanın müxtəlif  hərbi və təhlükəsizlik proqramlarına cəlb edilirdilər. Azərbaycanda, habelə digər MDB ölkələrində artıq bu qurumun fəaliyyəti milli təhlükə halına gəlib çatmışdı deyə, onu yığışdırdılar. İndi bu qurum tamam başqa təyinatlara xidmət edəcək. İlk növbədə, bu qurum daha dinləmələri həyata keçirə bilməyəcək. Məhz bu qurumun çanağı Eldar Mahudovun başında çatladı”, - deyə H. Herisçi qeyd edib.

Mənsur





Həftənin ən çox oxunanları