Yuxarı

Ramin Hacılının seçki qərargahı fəaliyyətini dayandırıb?

Ramin Hacılının seçki qərargahı fəaliyyətini dayandırıb?

 

Ramin HaciliSon günlər Ümid Partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılının ölkəni tərk etməsilə bağlı yayılan məlumatlara bir yenisi də əlavə olundu. Belə ki, Cəbhə.info-ya Ramin Hacılının seçki qərargahının fəaliyyətini dayandırması ilə bağlı məlumat daxil olub.

Məlumatı dəqiqləşdirmək üçün Ümid Partiyasına müraciət etsək də, partiyadan bu barədə onlarda məlumat olmadığı bildirildi. Yazar Aysel Əlizadə həyat yoldaşı Ramin Hacılının seçki qərərgahının sədrinin soyadını bilmədiyi Malik adlı şəxs olduğunu deyib: “Mən 3 aydır öz işimlə məşğulam, o da öz işi ilə. Mənim qətiyyən onun seçki işi ilə məşğul olmağa vaxtım yoxdur, başım çox qarışıqdır. O, ayrı dairədən deputatlığa namizədidir, mən ayrı, o, partiyanın namizədidir, mən bitərəfəm. Onun qərargahının sədri kimdir, bilmirəm. Ümumiyyətlə, orda nə qarışdırıblar onu da bilmirəm. Qərargahın fəaliyyətini dayandırması haqda məlumatım yoxdur. Bu, Ramin Hacılının və namizədliyini irəli sürdüyü partiyanın işidir. Ramin Hacılı evdə mənim həyat yoldaşımdır, siyasətdə həyat yoldaşım deyil”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları