Yuxarı

AXCP sədri: “Musavat”ın geri çəkilməsi düzgün addım olmadı”

AXCP sədri: “Musavat”ın geri çəkilməsi düzgün addım olmadı”

trend_pressconference_razi_240215_02

“Müsavat” Partiyası parlament seçkilərində hər hansı bir dəyişikliyin olacağını düşünmürdü”. Bu sözləri Azadinform-a açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədri qeyd edib ki, görünür, bu seçkilərdə, seçkiyə olan həm şərait, həm seçki mühiti, müxalifətin dağınıqlığı, birliyin olmaması, parçalanma və xalqın siyasətə marağının sıfıra enməsi müxalifətin şansını sıfıra endirirdi:

“Ölkədəki hazırkı durum bunu diqtə etməyə imkan verir. O baxımdan bəlkə də “Müsavat” zamanında geri çəkilsəydi, bu qədər də dedi-qodular, tənqidlərə də məruz qalmazdı. İstənilən halda “Müsavat” seçkidə iştirak etməyə qərar vermişdisə, məncə, sona qədər dirəniş göstərməli idi. Çünki kifayət qədər tənqid olunmuşdu, kifayət qədər onların üstünə getmişdilər. İndiki halda seçkidən geri çəkilmələri düzgün addım olmadı”.

Cebhe.info





Həftənin ən çox oxunanları