Yuxarı

YAP: ”Müsavatın “boykot”u hazırlanmış plan idi"

YAP: ”Müsavatın “boykot”u hazırlanmış plan idi

[caption id="attachment_362" align="alignleft" width="373"]Aydın_Mirzəzadə_2014 Aydın Mirzəzadə: “Müsavat Partiyası dərnəyə çevrilib” [/caption]

“Müsavat Partiyasının seçkilərdən geri çəkilmək qərarı onun gücsüzlüyündən xəbər verir və  onun radikal mövqedə olması, böyük iddialarda olması onun bir partiya kimi öndə olmasına imkan vermir”. Bunu Cebhe.info-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.

Müsavat Partiyası Divanının seçkilərdən çəkilmək barədə qərarına münasibətini bildirən A.Mirzəzadə qeyd edib ki, son dövrlər bu təşkilatın daxilində gedən fraksiya mübarizəsi Müsavatı kifayət qədər zəiflədib: “Müsavat Partiyası seçkiyə ən hazırlıqsız partiyalardan biri kimi gəlmişdi. Nə seçki əhval-ruhiyyəsi hiss edilirdi, nə normal bir seçki startı verildi, üç həftəlik təbliğat kampaniyasında da iştirak etmədilər. Nə plakatları var idi, nə də ortaya bir proqram qoya bildilər. Bu baxımdan onların geri çəkilməyi əvvəlcədən hazırlanmış bir plan idi. Müsavat Partiyası nə parlament seçkilərində, nə bələdiyyə seçkilərində iştirak edir. Görünür, onlar hesab edirlər ki, partiyanın fəaliyyəti seçkiarası dövrdə qəzetlərə müsahibə vermək, bəyanatlar yaymaqdan ibarətdir. Eyni zamanda mümkündür ki, onlar xaricdən hansısa bir mərkəzlərin tapşırığı ilə hərəkət edirlər. Siyasi partiyanın fəaliyyəti seçkidə iştirak etməkdir. Seçkidə iştirak etməyən, hakimiyyətə alternativ olmayan bir partiya artıq partiya deyil, dərnəkdir. Müsavat Partiyası ilə hansısa QHT arasında heç bir fərq yoxdur”.

Xatırladaq ki, Müsavat Partiyası siyasi məhbusların azadlığa buraxılması, ödənişsiz efir vaxtının verilməsi, demokratik seçki mühitinin yaradılması ilə bağlı şərtlərinin hakimiyyət tərəfindən yerinə yetirilmədiyinə görə, seçkilərdə iştirakdan imtina etdiyini bəyan edib. Aydın Mirzəzadə isə bu yanaşmanı Konstitusiyaya zidd hesab edir: “Seçki şərtlər əsasında deyil, Konstitusiya və Seçki Məcəlləsi əsasında həyata keçirilir. Partiyalar da o qanunlara əməl etməlidir, şərtlər irəli sürməməlidir. Müsavat Partiyasına özünün hazırlıqsızlığını və məğlubiyyətini ört-basdır etmək üçün bir bəhanə lazım idi. Harada görünüb ki, seçkidə iştirak edən partiya birdən-birə hakimiyyətdən seçkinin 4 ay təxirə salınmasını tələb etsin. Bu ki, ciddi qanun pozuntusudur. Harada görünüb ki, seçkidə iştirak edən partiya həbsxanada yatanların azadlığa buraxılmasını tələb etsin. Onlar Azərbaycanı nə təsəvvür edirlər?  Onlar bu cür bəyanatlarla özlərini doğrudanmı ciddi partiya hesab edirlər?  Ciddi partiyanın vəzifəsi seçkidə iştirak etməkdir. Anarxiyaya aparan şərtlərin irəli sürülməsi isə Müsavat Partiyasının əsl mahiyyətini göstərir”.

Müşfiq





Həftənin ən çox oxunanları