Yuxarı

Mirzə Xəzər: “Hakimiyyət  süni seçki ab-havası yaradır”

Mirzə Xəzər: “Hakimiyyət  süni seçki ab-havası yaradır”

  mirze-xezerAzərbaycanda seçki mənasını itirib, xalqın ölkədə azad və ədalətli seçkiyə ümidi itib”. Siyasi analitik Mirzə Xəzər Cebhe.info-ya açıqlamasında belə deyib. M. Xəzər hesab edir ki, namizədlərin seçicilərlə görüşləri, telekanallarda qaldırılan hay-küy, qəzet səhifələrində namizədlərin fotosessiyaları daxilə yox, xaricə hesablanıb:

“Daxildə biganəlik vüsət alıb. Hakimiyyət süni həyəcan yaratmaqla ölkədə seçki ab-havasının olduğuna əcnəbiləri, beynəlxalq təşkilatları inandırmaq istəyir. Belə şəraitdə müxalifətin seçkidə iştirakının heç bir mənası qalmır. Əksinə müxalifətin sona kimi seçki kampaniyasında iştirak etməsi seçkilərə demokratiklik donu geydirməyə kömək edirdi. Müxalifətin geri çəkilməsi hakimiyyətin planlarına heç bir təsir göstərməyəcək.

Müxalifətin əvvəldən seçkini boykot etməməsi təəccüblüdür. Müxalifət yekdil deyil. İnanmıram ki, bütün müxalif namizədlər geri çəkilsin və boykota qoşulsun. Hakimiyyət işini əvvəldən planlaşdırıb və bir neçə ələ və sözə baxan "müxalif" və "müstəqil" namizədin deputat "seçilməsinə" yol verəcək”.





Həftənin ən çox oxunanları