Yuxarı

Arif Hacılının imtina ərizəsi qəbul olundu

Arif Hacılının imtina ərizəsi qəbul olundu

Müsavat Partiyasının başqanı Arif Hacılının noyabrın 1-i Milli Məclisə keçiriləcək parlament seçkilərində iştirakından imtina ilə bağlı yazdığı ərizə 33 saylı Xətai Birinci Seçki Dairəsində qəbul edilib. Bu barədə Aznews.az-a açıqlmasında sədrin özü deyib. O bildirib ki, ərizə 33 saylı Xətai Birinci Seçki Dairəsinin sədrinə təqdim edilib:

“Ərizə ilə müraciət etdim. Dairə Seçki Komissiyası ərizəmi qəbul etdi”. Maraqlıdır ki, İsa Qəmbərin seçkidən imtina ərizəsi 15 saylı Yasamal birinci seçki dairəsi tərəfindən rədd edilib. Eləcə də oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında parlament seçkilərini boykot etmək haqda qərarını da MSK qəbul etməyib. Belə olan halda Arif Hacılının ərizəsinin qəbul edilməsi maraq doğurur.

Cebhe.info





Həftənin ən çox oxunanları