Yuxarı

AXCP funksioneri: “Xalqdan oğurlanan səslər YAP-a verildi”

AXCP funksioneri: “Xalqdan oğurlanan səslər YAP-a verildi”

sebuhi aliyev aslanzade“Parlament seçkiləri Azərbaycanda hakimiyyətin siyasi şou xarakterli növbəti tədbirdir. Biz hər seçkidə bunun şahidi oluruq. Son olaraq 1 noyabr tarixində keçirilən seçkilər isə rəzalətdən başqa bir şey deyildi”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioneri, politoloq Səbuhi Aslanbəyli Azərbaycanda keçirilən parlament seçkilərinə münasibət bildirərkən deyib.

Səbuhi Aslanbəylinin sözlərinə görə, bu, çox acınacaqlı məqamdır: “Hakimiyyət keçirdiyi hər seçkilərdə YAP-ın xeyrinə olacaq hər bir addımı atır. Hər zaman olduğu kimi, bu parlament seçkilərində də hakimiyyətin dəstəklədiyi hər bir namizədin xeyrinə saxtakarlıq edildi və öz istədikləri namizədin adları qutudan çıxdı. Ötən seçkilərdə olduğu kimi bu dəfə də “karusel” əməliyyatlarına icar hakimiyyəti və digər qurumlar necə lazımdısa dəstək verdilər. “Karuseldə” iştirak edənlər adətən orta məktəb müəllimləri, bağça və MKİS işçiləri oldular. Bu seçkidə oğurlanan xalqın səsləri rahatlıqla YAP-ın namizədlərinə verildi. Nəticə etibarı ilə seçkilər bitdi və 125 nəfər öz mandatını aldı. Ancaq bu seçkidən sonra tam əminliklə deyə bilərik ki, Azərbaycanda demokratiya anlayışı yalnız sözdədir”.  Seçkidən öncə Avropa İttifaqının verdiyi bəyanata münasibət bildirən politoloq qeyd edib ki, Avropa İttifaqının seçkidən öncə verdiyi bəyanatlar elə bəyanat olaraq da qalacaq:“Biz hər zaman bu cür bəyanatların şahidi olmuşuq. Ancaq seçki bitdikdən sonra Aİ və digər Avropa təşkilatları seçkilərin nəticələrini tanıyır və hətta təbrik məktubu göndərirlər. Ölkədə demokratiyaya ancaq xalqın tələbi ilə nail olmaq olar. Çünki nə Avropa, nə də Azərbaycan iqtidarı bu yolda  addım atacaq. İqtidarın keçirdiyi seçkiləri və atdığı digər addımları nəzərə aldıqda buna inanmaq sadəlövhlük olardı”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları