Yuxarı

Prezident məhbusları əfv edəcək?

Prezident məhbusları əfv edəcək?

[caption id="attachment_2655" align="alignleft" width="259"]Sahib Memmedov Sahib Məmmədov: “Son 4-5 ayda Birgə Qrupun iclası keçirilməyib, dəqiq proqnoz verə bilməyəcəm”[/caption]

Son günlər mediada parlament seçkisindən sonra əfv olacağı barədə informasiya yayıldı. Məlumatlara görə, parlament seçkilərinin başa çatması, 9 Noyabr Dövlət Bayrağı Günü, həmçinin 12 Noyabr Konstitusiya Gününün yaxınlaşması əfvin olması istiqamətində ümidləri artırıb.

İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov “Cümhuriyət” qəzetinə bildirib ki, son günlər həmkarların əfvlə bağlı bildirdiyi fikirlərin hansı mənbələrəəsaslandığı məlum deyil: “Çünki əfv sərəncamı prezidentin müstəsna səlahiyyətidir və onu hər zaman vermək olar. Adətən əfv Həmrəylik, Respublika günlərində və yaxud ölkə üçün mühüm hadisələr ərəfəsində olur. Buna görə, hamı başlayır ehtimallar irəli sürməyə. Son 4-5 ayda Birgə Qrupun iclası keçirilməyib. Yaxınlarda əfv sərəncamı ilə bağlı dəqiq proqnoz deyə bilməyəcəm. Sərəncam imzalanana qədər bunu heç kəs bilmir. Amma daxil olan təkliflərin hamısı Birgə Qrupun katibliyinə təqdim olunub və bu müraciətlər Əfv Komissiyasının müvafiq orqanlarına ötürülüb”. Sahib Məmmədov onu da vurğulayıb ki, Birgə Qrupa müraciətlər daxil olur: “Hüquq müdafiəçisi Taleh Xasməmmədovla bağlı Apellyasiya Məhkəməsinin qərarı artıq var. Əfv üçün müraciət edə bilər. Onun anası bizə müraciət edib. Mən özüm Taleh Xasməmmədovun əfv olunması ilə bağlı təklif irəli sürdüm. O cümlədən başqa məhbuslarla bağlı təkliflər də var. Birgə Qrup müraciətlərə baxsa da, əfv məsələsi belədir ki, ya məhbusun özü, ya da onun ailə üzvləri tərəfindən ya müraciət olunmalıdır,  ya da kimsə tərəfindən vəsatət verilməlidir. Vəsatəti Ombudsman, QHT-lər və deputatlar verə bilər. Onlar da vəsatəti özbaşına verə bilmir, heç olmasa şəxsin şifahi razılığı olmalıdır. Ən yaxşı halda məhbusun özü və onun ailə üzvünün etdiyi müraciətdir. Bu zaman BirgəQrupun üzvü olan hüquq müdafiəçiləri, deputatlar, Ombudsman da müraciət edir”. Sahib Məmmədov İşçi Qrupunda 5 aya yaxındır iclasların olmamasının əsas səbəbini belə əsaslandırıb: “Əvvəllər yay dövrü oldu, ondan sonra parlament seçkisi İşçi Qrupunun iclaslarına təsir edib. Yəqin ki, ilin sonunacan növbəti iclas keçirilər. Əslində İşçi Qrupunun toplanmasına elə bir zərurət də görmürəm. Bu, formal bir şeydir. Tək məhkumlarla bağlı yox, ümumilikdə toplantıda deyiləsi şeylər də çoxdur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları