Yuxarı

AXCP sədr müavinindən Pənah Hüseynə sərt ismarıc

AXCP sədr müavinindən Pənah Hüseynə sərt ismarıc

sebuhi aliyev aslanzadeAzərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn parlament seçkiləri, seçkilərdən sonrakı proseslər barədə verdiyi müsahibədə bildirib ki, siyasi müxalifət üçün əsas məsələ yeni mərhələnin liderlərinin kim olacağıdır.

Pənah Hüseynin səsləndirdiyi fikirlərə AXCP-nin siyasi məsələlər üzrə sədr müavini, politoloq Səbuhi Aslanbəylidən cavab gəlib. Sədr müavini Cebhe.info-ya açıqlamasında “AXP sədri aydınlaşdırmalıdır ki, müxalifətin hansısa qanadı onu özünün rəhbəri kimi görmək istəyirmi? Təbii ki, pafoslu cıxışların arxasında əməli fəaliyyət və real proqramlar olmalıdır. Yanılmıramsa, bu zamana qədər belə bir halın şahidi olmamışıq. Tənqid üzərində qurulan siyasətdən başqa. Siyasi müxalifət, onun institutları zəifləyibsə, məhz Pənah Hüseyn və digərlərinin güdazına gedib. Pənah Hüseyn ənənəvi müxalifətin lideri olmaq istəyirsə, buyursun, olsun”, - deyə bildirib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları