Yuxarı

AXCP-nin sədr müavini: “Güneyli soydaşlarımız türkçülük və birlik tərəfdarıdır”

AXCP-nin sədr müavini: “Güneyli soydaşlarımız türkçülük və birlik tərəfdarıdır”

Ehtiram Mehtiyev Cənubi Azərbaycanda baş verən hadisələr millət olaraq bizim birliyimizi bir daha sübut etdi. İranda insanların etiraz etməsi, meydanlara çıxması olduqca çətindir”. Cənubi Azərbaycanda baş verən etirazlarla bağlı Cebhe.info-ya açıqlama verən AXCP sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini, politoloq Ehtiram Mehtiyev belə deyib. Ehtiram Mehtiyevin sözlərinə görə, şəriət rejimində basqı altında yaşamaq və etiraz etmək daha çətindir:

“Cəmiyyətdə xof, repressiya Azərbaycandan daha güclüdür. Buna baxmayaraq, güneyli soydaşlarımız repressiv rejimə qarşı mübarizə aparır, haqları uğrunda küçələrə çıxır, etiraz edir, tələblərini qorxmadan, çəkinmədən ifadə etməyi bacarırlar. İranda baş verən hadisələr onu göstərdi ki, bütün vətəndaşlar dini kimliyindən aslı olmayaraq, bərabər olmalı və vətəndaşlar arasında ayrıseçkilik aradan qalxmalıdır”.

Sədr müavini qeyd edib ki, hadisədən bəhrələnməyə çalışan siyasətçilər də olacaq: “Etiraz aksiyasında səslənən şüarlardan da bəllidir ki, soydaşlarımız türkçülük və birliyin tərəfdarıdırlar. İran kanallarında türklərə qarşı bu cür təhqirlər həmişə olub. Hadisələrin bu cür cərəyan etməsi düşünürəm ki, İranla Türkiyə və Azərbaycanın münasibətlərinə ciddi dəyişiklik etməyəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları