Yuxarı

"Azərbaycan və Ermənistanın havadarları”: Mİllət vəkili münaqişədə tərəfləri açıqladı

sahib aliyev“Dağlıq Qarabağ münaqişəsinin həll prosesində iki tərəf var: Azərbaycan və Ermənistanın havadarları”. Cebhe.info xəbər verir ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərində “Ermənistan Rusiyaya istənilən məsələlərdə güvənə bilər” açıqlamasına münasibət bildirən millət vəkili Sahib Alıyev belə deyib.

“Robert Uolterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzənin AŞ PA-nın Siyasi Məsələlər Komitəsində təsdiqlənməsindən narahat olan təkcə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyilmiş. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da noyabrın 9-da İrəvanda bundan narazılığını dilə gətirdi. Onun sözlərindən də bir daha bəlli oldu ki, Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini bundan sonra da öz inhisarlarında saxlayıb ondan geosiyasi məqsədləri üşün faydalanmaq niyyətindədirlər. Əgər həmsədrlər digər qurumların bu məsələnin həllində yolunu kəsir və ya Lavrov dediyi kimi, ya açıq şəkildə işğalçının arxasında olduqlarını bildirir, ya da Amerika və Fransa kimi bunu çeşidli yollarla əl altdan edirlərsə, deməli, "münaqişə tərəfləri" anlayışına yenidən baxmaq lazımdır. Görünən budur ki, münaqişədə iki tərəf var: biz və ermənilərin havadarları, yəni hazırda Minsk Qrupuna həmsədrlik edən dövlətlər”, - deyə S.Alıyev qeyd edib.

Mənsur





Həftənin ən çox oxunanları