Yuxarı

Sənət adamları siyasətə niyə qoşulmur?

Sənət adamları siyasətə niyə qoşulmur?

[caption id="attachment_2818" align="alignleft" width="400"]nurlan ezizbeyli Nurlan Əzizbəyli: “Xalqın hər bir nümayəndəsi insanların xoşbəxt gələcəyi uğrunda mübarizə aparmalıdır”[/caption]

Seçki çoxlu maliyyə vəsaiti tələb etdiyindən inkişaf etmiş Qərb ölkələrində  siyasətlə əsasən varlı insanlar məşğul olur. Azərbaycanda necədir? Kifayət qədər maddi imkana malik olan sənətçilər siyasətlə məşğul olurlarmı? İncəsənət xadimlərimiz siyasətlə nə dərəcədə maraqlanır? İlk həmsöhbətimiz tanınmış müğənni Nurlan Əzizbəyli oldu.

-Bizim ölkədə incəsənət xadimləri siyasi mövzularda fikir bildirməkdən  çəkinirlər və yaxud müğənnilər heç bir partiya üzvü olmur. Sizcə, bunun səbəbi nədir?

- Məncə, sənət adamı siyasətə qarışmasa yaxşıdır.

-Xaricdə şou-biznes, incəsənət nümayəndələri siyasi proseslərə reaksiya verməkdən çəkinmirlər. Bizdə isə bunun tam əksinədir. Sizcə, bu nə ilə bağlıdır?

- Çünki biz siyasəti siyasətçilər qədər bilmərik. Onlar öz işlərinin peşəkarlarıdır. Siyasətlə məşğul olmaq üçün  gərək intellektual səviyyən olsun. Əfsuslar olsun ki, bu da çoxlarında yoxdur.

- Xalq Cəbhəsində Əli Kərimlin sədrliyindən narazı olanlar Razi Nurullayevin ətrafında birləşərək, onu demokratik yolla qanuni sədr seçdilər. Fikrinizcə, xalqın inamını itirmiş müxalifət yenidən  bu inamı  qazana bilərmi?

- İtirilmiş inam xalq üçün, millət üçün görüləcək xeyirxah işlərlə qaytarıla bilər. Mənim zənnimcə, bu xalqın hər bir nümayəndəsi, insanların xoşbəxt gələcəyi uğrunda mübarizə aparmalıdır.

-Gənc müğənni olaraq hansısa partiyaya üzv olmusunuz? Dəstəklədiyiniz partiya var?

- Özüm gənc olsam da, sənət aləmində gənc deyiləm. 30 ildən artıq sənət stajım var və heç bir partiyanın üzvü deyiləm.

- Nurlan Əzizbəyli olaraq gənc fəallara nə tövsiyə edərdiniz?

-Gənc fəallara tövsiyyəm yalnız o ola bilər ki, agılla, təmkinlə hər bir işin öhdəsindən gələ bilərlər. Odur ki, uğurlara imza atmaq üçün elə öz siyasətlərini yürütsünlər.

- Nə zamansa bəs hansısa partiyaya qoşulmaq niyyətiniz varmı?

- Hələ ki, bu haqda düşünmürəm. Gələcəkdə nə olar, onu  deyə bilmərəm.

Rəqsanə Qarabağlı