Yuxarı

“Hakimiyyət dialoqa hazır deyil”

“Hakimiyyət dialoqa hazır deyil”

dialoq“Nəzərinizə çatdırım ki, mən hələ 2010-cu ildə avtoritarizmdən demokratiyaya yumşaq keçid strategiyasını işləyib hazırlamışdım. Mən də dialoqun tərəfdarıyam. Amma çox təəssüf ki, hakimiyyət dialoq tərəfdarı deyil”. 

Bunu "Cümhuriyət"ə açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. O, əlavə edib ki, hakimiyyət dialoqa hazır deyil və Avropa Oyunları öncəsi sadəcə, belə bir görüntü yaratdı: “Hakimiyyətin özünə belə bir oyun lazım idi. Bu tip hakimiyyətlər müxalifətlə və cəmiyyətlə özbaşına dialoqa getmirlər. Azərbaycanda ictimai-siyasi vəziyyət mürəkkəbləşəcəyi bir vəziyyətdə, hakimiyyətin öz durumu ağırlaşacağı halda dialoqa gedə bilər. Amma hələlik bu gün hakimiyyətun real nəticə verəcək dialoqa gedə biləcəyini düşünmürəm. Çünki rejimlər adətən güclə hesablaşırlar. Xalq iradəsini, gücünü ortaya qoymayacağı vaxta qədər hakimiyyət dialoqa getməyəcək”.

Cavad





Həftənin ən çox oxunanları