Yuxarı

Mirmahmud Mirəlioğlu Milli Şura üzvünü müavinlikdən uzaqlaşdırdı

Mirmahmud Mirəlioğlu Milli Şura üzvünü müavinlikdən uzaqlaşdırdı

MirmahmudKXCP sədrinin müavini Oqtay Gülalıyev tutduğu vəzifədən uzaqlaşdırılıb. Qərar Partiya Ali Məclisinin toplantısında verilib. Oqtay Gülalıyevin müavin postundan uzaqlaşdırılmasına səbəb kimi KXCP sədri Mirmahmud Mirəlioğlunun dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Milli Şura sıralarından çıxmaması göstərilib.

Partiyadan Cebhe.info-ya verilən məlumata görə, qərar Oqtay Gülalıyevin xəbəri olmadan qəbul olunub. Oqtay Gülalıyev məlumatı Cebhe.info-ya təsdiqləyib. Bildirib ki, qərar KXCP Ali Məclisinin noyabrın 15-də keçirilən sessiyasında verilib.

O.Gülalıyev vəzifədən uzaqlaşdırılmasının səbəbləri barədə danışmaq istəməyib: “Təşkilatla bağlı məsələlər qurum daxilində müzakirə olunmalıdır”.

Mənsur





Həftənin ən çox oxunanları