Yuxarı

Məzahir Pənahovdan baş prokurora şikayət edildi

Məzahir Pənahovdan baş prokurora şikayət edildi

mezahir penahov“Noyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirildi. İclasda noyabrın 1-də Milli Məclisə (MM) keçirilən seçkilərlə bağlı quruma daxil olan şikayətlərə baxılırdı. Mənim də namizədi olduğum 33 saylı Xətai 1-ci seçki dairəsindən həm mənim, həm də hörmətli həmkarım Ülkər Musazadənin şikayətlərinə “baxıldı””. Cebhe.info-ya bu barədə hərbçi-ekspert, 2015-ci il parlament seçkilərinə namizəd olmuş Üzeyir Cəfərov məlumat verib.

“Baxıldı” sözünü ona görə dırnaq arasında dedim ki, Məzahir Pənahov və Natiq Məmmədli, Qabil Orucov kimi seçki maxinatorları bir daha sübut etdilər ki, onları Azərbaycan adlı dövlətin və onun xalqının deyil, öz şəxsi maraqları düşündürür. Dünən ölkənin onlarla kamera və mikrafonları qarşısında bu "mehriban üçlük" mənə sübut etmək istədilər ki, onlar sən demə, az qala dünyanın ən alicənab və demokratik insanlarıymış”, - deyə Ü. Cəfərov qeyd edib.

O, MSK sədri Məzahir Pənahov və DSK sədrlərindən biri olan Əlibaba Bayramovu parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edib. “Mən yox, 17 ölkənin hakimləri seçkilərin saxtalaşdırıldığını rəsmən təsdiq ediblər. 2015-ci ilin oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin parlament seçkiləri ilə əlaqədar bu dairə sədrinin başçılığı altında bu dəfə də saxtakarlıqla "seçdikləri" Hüseynbala Mirələmova görə Azərbaycan hökumətini 30 min avrodan çox cərimələyib. Bu faktı mən dünən MSK sədri Məzahir Pənahovun diqqətinə çatdıranda o, çox həyəcanlı göründü və bərk təlaş keçirdi”.

Üzeyir Cəfərov Məzahir Pənahov və Qabil Orucovun qanun qarşısında cavab verəcəklərini deyib: “Buna öz varlığım qədər inanır və əlimdən gələni edəcəyəm ki, bu hadisə tez bir zamanda baş versin. Ən azından 33 saylı Xətai birinci seçki dairəsi üzrə namizədlərdən 4 nəfəri MSK sədri Məzahir Pənahova və DSK sədri Əlibaba Bayramova, həmçinin MSK üzvü Qabil Orucova qanunun necə sərt və amansız olmasını sübut edəcəyik. Növbəti addımımız MSK-nın qeyri-qanuni qərarından apellyasiya şikayət vermək və tez bir zamanda hüquqi prosedurları keçib işin tezliklə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilməsi olacaq. Paralel olaraq noyabrın 17-də Baş Prokuror Zakir Qaralovun adına seçki saxtakarlığını edən və buna göz yuman, həmçinin şərait yaradan MSK sədri Məzahir Pənahov, MSK üzvü Qabil Orucovla bağlı rəsmi müraciət təqdim ediləcək”.

Mənsur





Həftənin ən çox oxunanları