Yuxarı

Razi Nurullayev: “Şengen viza sistemi çökə bilər”

Razi Nurullayev: “Şengen viza sistemi çökə bilər”

razi nurullayev“Fransada törədilən terror qətliamı təbii ki, Avropa Birliyində və geniş Qərb dünyasında yaşayan müsəlmanların gündəlik həyatına ciddi təsir edəcək və islamafobiyanı pik həddə çatdıracaq”. Bunu Cebhe.info-ya Fransada törədilən terrakta münasibət bildirən AXCP sədri Razi Nurullayev deyib. Partiya sədrinin sözlərinə görə, artıq əminliklə demək olar ki, hər bir müsəlman bundan sonra potensial kamikadze kimi nəzərdən keçiriləcək:

“Heyvanların personaj olduğu məşhur “Madaqaskar” filmində uzun müddət ac qalan şir Aleks hər bir canlını və hətta dostlarını belə qızarmış toyuq kimi görür. Avropada hər bir müsəlman hava limanlarında, dəmiryolu stansiyalarında, gəmilərdə, teatr və müxtəlif kütləvi yerlərdə canlı bomba kimi nəzərdən keçiriləcək. Yəqin ki, heç bir güzəşt olmayacaq və bu normal, kübar və dinc müsəlmanların da normal həyat düzənini dəyişəcək. Müsəlmanlar üçün Avropada dinc və normal həyat qurtarıb. Bu hadisə həm də Avropa Birliyi tərəfindən miqrasiya qanunlarının sərtləşməsinə gətirib çıxaracaq. Əlavə olaraq Şengen viza sistemi də çökə bilər. Zənnimcə, bir sıra ölkələr Şengen viza sistemindən çıxdıqlarını bəyan edə bilərlər”. “Problemin kökləri isə dərindir”,- deyən Razi Nurullayevin fikrincə, sərhədləri bağlamaq, qanunları dəyişdirmək və islamafobiyanı artırmaq çıxış yolu deyil: “Fransada baş verən qətliam Suriyada, İraqda və Əfqanıstanda hər gün baş verir. Artıq bu ölkələr cəhənnəmə dönüblər.

Bu cəhənnəm odu səngimədikcə digər ölkələr də sülh içində yaşaya bilməzlər. Sülh və dinc yaşamanın yolu Suriya, İraq və Əfqanıstana da sülh gətirməkdir.

Bu olmadıqca, heç kim evində rahat yatmasın”.





Həftənin ən çox oxunanları