Yuxarı

Milli Şura partiyaya çevrilir

Milli Şura partiyaya çevrilir

Eli KerimliKuluar söhbətlərinə görə, AXCP-ni itirən Əli Kərimli yeni siyasi qurum yaradır

AXCP-nin sabiq sədri Əli Kərimli siyasi karyerasının bəlkə də ən çətin dönəmini yaşayır. Partiyanın rəsmi təmsilçilik hüququ əldən çıxmaq üzrədir,  Əli Kərimlinin siyasi taleyi qaranqlıqdır. Məsələ burasındadır ki, Ədliyyə Nazirliyi AXCP-nin Əli Kərimli qanadının sentyabrın 27-də keçirilən qurultayının sənədlərini geri qaytarıb. Nazirlik  “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” Əli Kərimli dəstəsinə təklif edib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edilsin. Bir həftədir ki, Əli Kərimli çıxılmaz vəziyyətdədir.

Ədliyyə Nazirliyinin qərarı şəxsən Əli Kərimlini təlaşa salıb. “Yurd” lideri çox narahatdır. Cəmiyyətdə tanınmış simaların, obyektivliyi şübhə doğurmayan hüquqşünasların Ədliyyə Nazirliyinin qərarına müsbət rəy verməsi vəziyyəti Əli Kərimli üçün daha da çıxılmaz edir.

Ədliyyə Nazirliyinin rəsmi təmsilçilik hüququnu 57 rayon şöbəsinin iştirakı ilə legitim qurultay keçirmiş Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin müraciətini nəzərə alması ədalətli qərardır. Çünki reallıq budur ki, partiyanı bir qrupun inhisarından çıxarmaq üçün üzvlər, rayon şöbələri toparlandı və möhtəşəm bir qurultay keçirildi. Ona görə də Ədliyyə Nazirliyi bu faktı nəzərə aldı. Növbəti mərhələ məhkəmədir. Təbii ki, burada Ədliyyə Nazirliyinə təqdim edilən sənədlər araşdırılacaq və obyektivlik olarsa, Əli Kərimlinin qurultayının qeyri-legitimliyi sübut olunacaq. Bu mərhələdən sonra AXCP-ni Razi Nurullayevin rəhbərlik etdiyi təşkilat təmsil edəcək. Hakimiyyət və müxalifət partiyaları qanuna hörmət etmək zorundadır və əsl AXCP ilə əməkdaşlıq edəcək.

Bəs bu halda Əli Kərimlini nə gözləyir? “Yurd” liderinin siyasi taleyi necə olacaq? Bəlli məsələdir ki, Əli Kərimliyə az-çox siyasi güc verən Xalq Cəbhəsidir. 2000 və 2002-ci ildə Xalq Cəbhəsi ətrafında baş verən hadisələr də bunu təsdiq edir. O zaman Əli Kərimli və ətrafı Xalq Cəbhəsi adının itiriləcəyindən çox qorxurdu. AXCP-nin 70 faizi Əli Kərimli ilə deyildi. Elçibəy tərəfdarları xəstə yatağından milli lideri təhqir etdirmiş Kərimli və dəstəsini iqnor etmişdi. O zaman Əli Kərimli Demkonqresdəki müttəfiqi, Mayis Səfərlinin rəhbərlik etdiyi Yurddaş Partiyası ilə planları vardı. Plana əsasən partiyanın rəsmi təmsilçilik hüququ klassiklərə verilsəydi, Əli Kərimli tərəfdarlarını qeydiyyatdan keçmiş Yurddaş Partiyasına transfer etdirəcəkdi. Lakin 2000-ci ildə Əli Kərimli iqtidarla bütün bazarlıqlara getdi, müxalifətin ümumi qərarına qarşı çıxdı və parlamentin legitimliyini tanıdı. Əvəzində AXCP-nin rəsmi təmsilçliyini əlində saxlaya bildi. 2002-ci ildə hakimiyyətdəki havadarları yenə Kərimliyə kömək etdilər. Bu dəfə də o, AXCP adını qoruyub saxlaya bildi. Ancaq bu dəfə vəziyyət çox ciddidir. 2013-cü ildə Rusiyapərəst qüvvələrin yaratdığı Milli Şurada təmsil olunan Əli Kərimlinin beynəlxalq əlaqələri xeyli zəifləyib. Qərbdə artıq ona etibar etmirlər. “Yurd” liderinin islamçılarla şübhəli əlaqələri də Avropada narazılıq yaradıb. Hakimiyyətdəki havadarları da onu dəstəkləməkdə çətinlik çəkirlər. Onlar daha çox öz adamları olan Fuad Qəhrəmanlı ilə əməkdaşlıqda maraqlıdırlar. Əli Kərimlini də qorxudan budur. AXCP-nin rəsmi təmsilçilik hüququnu itirərsə (əminik ki, itirəcək) partiyada Əli Kərimliyə qarşı qiyam qalxacaq. Fuad Qəhrəmanlı, Gözəl Bayramlı Əli Kərimlini bacarıqsızlıqda, partiyanı siyasi dalana dirəməkdə, sıravi partiya üzvləri ilə elita arasında uçurum yaratmaqda suçlandıracaq, sıraları daha da seyrəkləşəcək. Aldadılaraq və ya şantajla hələ də yanlarında saxladıqları sıravi üzvlər qeydiyyatı  və heç bir perspektivi olmayan partiyada qalmaq istəməyəcəklər.

Yaranacaq durumu önləmək üçün Əli Kərimli indidən iki yol üzərində düşünür. Mənbəmizin məlumatına görə, o,  hazır qeydiyyatı olan partiyaların birini satın almaqla bağlı axtarışlara başlayıb. İstinad nöqtəsi isə illər öncə Vətəndaş Birliyi Partiyasını qeydə aldıra bilməyən İqbal Ağazadə qeydə alınmış Ümid Partiyasının satın almasıdır. Ona görə də tərəfdaşlarına indidən tapşırıq verib ki, qeydiyyatı olan, ancaq fəalliyyəti olmayan partiyaları saf-çürük etsinlər və gizli danışılara başlasınlar.

Digər müzakirə etdiyi məsələ isə başqa ad altında fəalliyyət göstərməsidir. Variantlar sırasında Milli Şuranın siyasi partiyaya çevrilməsi də var. Bunun da səbəbi partiya üzvlərini razı salmaq məqsədi güdür. Hesab edir ki, başqa formada aldadıb yanında saxladığı adamları razı salmaq mümkün olmayacaq.

Türkel





Həftənin ən çox oxunanları