Yuxarı

Əli Kərimliyə AXC-ni dağıtmaq üçün axan pullar

Əli Kərimliyə AXC-ni dağıtmaq üçün axan pullar

Eli Kerimli pullarBunun üçün Kremldən bəzi Qərb dövlətlərinə qədər böyük şəbəkə qurulub

“Yurd” İctimai Birliyi 1987-ci ildə Əli Kərimlinin SSRİ-nin təhlükəsizlik orqanları ilə yaratdığı təşkilatdır. Sovetin təhlükəsizlik orqanlarının bu prosesdə fəal rol alması Əli Kərimli vasitəsilə Əbülfəz Elçibəy liderliyindəki Xalq Cəbhəsinin içərisinə sızmaq cəhdi idi və bu uğurlu alındı. 1989-cu ildə ətrafındakı yurdçularla birlikdə Xalq Cəbhəsində iştirak edən Əli Kərimli özünü hərəkatın lideri Elçibəyin gözünə soxur. Sonrakı mərhələlərdə AXC-nin BDU şöbəsi sədrindən təşkilatın sədr müavininədək yüksəlir və pərdə arxasında sədr postunu tutmaq üçün yurdçuları Elçibəyə qarşı təşkilatlandırır. Bütün bunlar 90-cı illərin əvvəllərində hiss olunmadan AXC daxilində “Yurd”un möhkəmlənməsilə müşahidə olunurdu.

Hiylə yoluyla cəbhədə özünə çoxsaylı dəstəkçilər qazanan Əli Kərimli bu minvalla 1993-cü ildə Əbülfəz Elçibəy tərəfindən Azərbaycanın dövlət katibi təyin olunur. Ölkə rəsmisi səviyyəsinə qalxması Əli Kərimlinin AXC sədri postuna atdığı ən böyük addımdır. “Yurd”u dövlət idarəçiliyi işlərinə qarışdıran Əli Kərimli 1992-93-cü illərdə AXC daxilində sonradan dərinləşən çat yaradır. Bu, AXC hökumətini devirən əsas faktor idi. Məlumdur ki, “Yurd”un sonrakı illərdə AXC, daha sonra AXCP daxilində apardığı fəaliyyət sistemli və uzunmüddətli olub. Məhz bu səbəbdən Xalq Cəbhəsinin mövcudluğunu və fəaliyyətini təmin edən hüquqi bazasına müdaxilə etmək və onun normativ sənədlərində ziddiyyətlər yaratmaqla bu zəmin yaradılıb.

“Yurd” AXC-də boy atdıqca, Əli Kərimlinin Elçibəyə yönəlik artan ironik atmacaları onun hədəflərini müəyyən edirdi. Elçibəyin partiyada sədr olması onun Xalq Cəbhəsini ələ keçirmək manevrlərini məhdudlaşdırırdı. Bu onu Elçibəy-xalq birliyi fonunda sönük göstərirdi. Elçibəyin siyasi üslubu da Əli Kərimlinin hədəfləri qarşısında ən böyük mane idi. Əli Kərimli daha çox avtoritar üslub görüntüsünü nümayiş etdirirdi. Bu, onun ambisiyasını şişirdir və müəyyən olduğu çərçivədə daha sərt qərarlar almağa sövq edirdi. Əslində, həddən artıq şişkin ambisiyası onu öz maraqlarının girovluğuna təslim edir.

Beləliklə, o, özünü AXCP-nin sinəsindəki ən böyük “xərçəng”ə çevirdi. “Yurd”laşdırılmış Rəyasət Heyəti vasitəsilə AXC-nin Qurultayını 1995-ci il parlament seçkilərinə qədər yubadan “yurdçu”lar Ədliyyə Nazirliyinə təqdim edilən AXCP Nizamnaməsinə oğurluq maddə əlavə edərək partiyanın sədrinə alternativ qurum yaratmaqla sədr postunu partiyada formal quruma çevirmək cəhdini də həyata keçirdilər. Bununla bərabər təşkilatın hüquqi bazasında və normativ sənədlərində, strukturunda və idarə edilməsində yaradılacaq problemlərin əsasını qoydular. 1996-ci ilin yanvarında AXCP Ali Məclisi Rəyasət Heyətinin təklifi ilə partiya sədrinin müavinlərini ali qərarverici orqanlara üzv edilərək sədrdən üstün səlahiyyətlər əldə etdilər.

“Yurd” sədri Əli Kərimli Elçibəyi özünə rəqib görürdü. Özü ilə birlikdə ətrafındakı “yurdçu”ların Xalq Cəbhəsi daxilində qəbul edilməməsi ona əlavə problemlər yaradırdı. Kölgədə qalmaqsa Əli Kərimlidə bir kompleksə çevrildi. Nəticədə əzilmişlik kompleksindən xilas olmaq üçün “Yurd”u AXC daxilinə itələdi və bununla təşkilatın içində qarşıdurma, nifaqın əsasını qoydu. O, heç vaxt AXCP-nin birliyi üçün çalışmayıb, hətta bu ambisiyasına görə, vaxtilə ətrafında olan tələbə yoldaşları da onu tərk etdilər. Azadlıq Hərəkatında Elçibəylə çiyin-çiyinə vuruşan tanınmış siyasətçilər cəbhəni tərk etdikcə, Əli Kərimli və yurdçular partiyanı “kukla teatrı”na çevirdiər.

Əli Kərimlinin AXCP sədri postunu ələ keçirməsini özündə gizlədən ən böyük detal Elçibəyin 1993-cü ilin iyununda Kələkiyə getməsində gizlənirdi. 1993-cü il 4 iyun hadisələrindən sonra Azərbaycan prezidenti Əbülfəz Elçibəyin Bakını tərk edib Kələkiyə getməsindən sonra o hadisələri qiyam kimi qiymətləndirir və ayın 26-da tutduğu vəzifədən istefa verərək Elçibəyin yanına, Kələkiyə gedir. Proses onunla müşayiət olunurdu ki, Elçibəy yurdçular tərəfindən fərarilikdə, qorxaqlıqda, acizlikdə, savadsızlıqda günahlandırılır, onu müharibə qanunları ilə mühakimə etməyi təklif edilirdi. Bununla ən radikal tərəfdarları mediada Elçibəyin yerinə Əli Kərimlinin sədr olmasını məsələsini gündəmə gətirdilər. Bu SSRİ-nin təhlükəsizlik orqanları ilə AXC-yə sızmış Əli Kərimlinin partiyanı parçalamaq cəhdləri idi.

1998-ci ildə AXCP ağır maliyyə böhranı ilə üzləşir. Nəticədə Elçibəyin sərəncamı ilə təşkilatın düşdüyü maliyyə böhranının səbəblərini araşdırmaq üçün Komissiya yaradıldı. Lakin partiyanı böhrandan çıxarmaq üçün əldə edilən maliyyə vəsaitləri təşkilatın büdcəsinə çatmadı. Mediada bununla bağlı müəmmalı xəbərlər yayıldı. İddia olundu ki, “Yurd” tərəfindən AXC-nin 150.000 ABŞ dollarından çox vəsaiti Türkiyəyə aparılaraq mənimsənilib. Yayılan məlumatlara görə isə, bu vəsaitləri mənimsəməkdə ittiham olunan Əli Kərimli və “Yurd” yetkililəri münasibət bildirmədi. Beləliklə, Əli Kərimli AXCP sədri postuna olan iddiasından güddüyü məqsədini ortaya qoydu. Bu, onun isbatı idi ki, Elçibəydən sonra postu ələ keçirəcək Əli Kərimli AXCP-ni kommersiya təşkilatına çevirəcək. AXC-nin maliyyə böhranı içində olduğu illərdə “Yurd” sədri partiyanı sıradan çıxarmaq üçün xaricdən külli miqdarda maliyyə vəsaiti alırdı.

Bu sırada Kremldən tutmuş Qərb dövlətlərinə qədər böyük bir şəbəkə vardı. Qərbin Azərbaycana demokratik cəmiyyət quruculuğu istiqamətində yönləndirdiyi qrantların əhəmiyyətli hissəsi "Yurd"un təsiri altında olan təşkilatlara verilirdi. Bunun səbəbi "Yurd"un AXC-AXCP adından çıxış etməsi idi. Dəfələrlə Azərbaycanda Demokratiyanın İnkişaf Fondunun xaricdən mərhələlərlə aldığı 95.000 dollar məbləğində qrantı da Əli Kərimli mənimsəyib.

Həmin vaxtlar “Yurd” Elçibəy və silahdaşlarını təhqir etmək üçün pullu qruplar yaradıb, onları maliyyələşdirirdi. Həmin qrupları idarə edənlərin bir hissəsi ölkədə, bir hissəsi isə xaricdən idarə olunurdu. Onlara verilən siyahıda kimlərin adları varsa, həmin adamları təhqir edib, söyürdülər. Qrupların həmin mərkəzlər tərəfindən yüksək təminatı olduğu üçün əvvəlcədən bu addımı atmağa hazır idilər. Birdən-birə “Yurd”un AXCP daxilində boy atması məhz bu maliyyə hesabına idi. AXCP-ni daxili siyasətdə passivləşdirmək üçün ayrılan bu maddi vəsaitlər Əli Kərimlinin əlində cəmləşirdi.

Təsəvvür edin, Elçibəy vəfat edərkən maliyyə böhranı içərisində olan AXCP Əli Kərimlinin postu ələ keçirməsindən dərhal sonra bu sıxıntılardan xilas oldu. Hansısa usta əl əslində, AXCP-nin yox, “Yurd”un maliyyə məsələsini həll etdi.

“Yurd” AXC daxilində olan böyük gücü AXC-nin özünə qarşı çevirərək şöbələr içərisində qarşıdurma yaratmaqla təşkilatı əsas hədəflərindən yayındırdı. Əli Kərimli şöbələrdə bir neçə illik hərəkat zamanı "təbii seçmə" ilə formalaşmış, AXC-Elçibəy ideyalarına sədaqətli cəbhəçiləri, şöbə rəhbərlərini, liderlərini sıradan çıxararaq, əvəzində təşkilatda və xalq arasında nüfuzu olmayan, daha çox pis imiclə tanınan adamları təşkilata cəlb etdi və rəhbərlikdə yerləşdirdi.

1998-ci ildə yurdçuların keçirdikləri saxta sorğuda partiya daxilində Əli Kərimlinin 1-ci, Əbülfəz Elçibəyin 2-ci yerə təyin olunması da, bu planın tərkib hissəsiydi. Faktiki olaraq, “Yurd” Elçibəyin səhhətinin pis olmasından  istifadə edərək AXCP daxilində dağıdıcı maşına çevrilirdi. Bu da səbəbsiz deyildi ki, 2000-ci ildə Elçibəy rəhmətə gedəndə yurdçular Sabirabadda şənlik düzəldərək, Əli Kərimlinin “partiya sədri seçilməsi”ni qeyd edirdilər.

Mənsur





Həftənin ən çox oxunanları