Yuxarı

Siyasi məhbusların əfv olunmaması: Günah kimdədir?

Siyasi məhbusların əfv olunmaması: Günah kimdədir?

[caption id="attachment_1023" align="alignleft" width="368"]cavid musazade Cavid Musazadə: “Siyasi məhbusların əfv edilməməsi ayıbdır”[/caption] [caption id="attachment_544" align="alignleft" width="370"]cavid memmedzade Cavid Məmmədzadə: “Müxalifət iqtidarla dioloqa getməlidir”[/caption]                       “Azərbaycan siyasi məhbuslardan bir neçəsini əfv edə bilərdi. Əslində, buna hazırlıqlar da gedirdi. İşçi qrupundan, əfv komissiyasından bununla bağlı verilən açıqlamalar göstərirdi ki, əfv veriləcək və bu dəfə siyasi məhbuslardan da azadlığa çıxan olacaq”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Cavid Musazadə əfv siyahısına siyasi məhbusların düşməməsinə münasibət bildirərkən deyib. C.Musazadə qeyd edib ki, siyasilərin hər hansı bir səbəbdən əfv olunmaması dövlətimizin, ölkəmizin imicinə ziyan vurur: “Hesab edirəm ki, sonradan bu prosesin bu cür sərtləşməsinin səbəbi Azərbaycan hökumətinə xaricdən təzyiqlərin olmasıdır. Geopolitik vəziyyətə görə Azərbaycan hökuməti dünya siyasətində özünə bir mövqe tutmaq üçün məsafələr saxlayır. O mövqeni qorumağa çalışır. Bu təzyiqlər Azərbaycanın Qərbə yaxınlaşması və güzəştə getməsi ilə bağlı əsasən Rusiyadan gəlir. Azərbaycan hökuməti də güzəştə getmir, ancaq hakimiyyətin Qərblə münasibətlərinin mülayim olması ondan ötrüdür ki, Qərb başa düşsün ki, burda Rusiyanın təzyiqi var. Hesab edirəm ki, Azərbaycan hökuməti daha çox öz mövqeyini qorumağa çalışır. Ancaq siyasi məhbusların hər hansı bir səbəbdən əfv olunmaması bütün hallarda dövlətimizin əleyhinə işləyir. Səbəbin istər Qərbin sanksiyalarına rədd cavabı, istərsə də Rusiyanın hökumətə təzyiqinin olmasından asılı olmayaraq məhbuslar azad olunmalı idi. İstənilən tərəfdən bu məsələyə yanaşanda hakimiyyətin atdığı addım doğru deyil. Əgər əfv olsaydı, siyasi sektorla iqtidar arasında bir yumşalma olardı. Bu uzlaşma üçün bir şans idi, ancaq hakimiyyət bu şansdan istifadə etmədi. Gözü yolda qalan siyasi məhbus ailələrində yaranan ümidi məhv etdi. Hər bir halda bunun əziyyətini xalq çəkdi”. Verilən əfv qərarına münasibət bildirəm gənc siyasi fəal Cavid Məmmədzadənin sözlərinə görə isə, siyasi məhbusların hər biri haqq uğrunda mübarizə aparan əqidəli, təhsilli, gənc insanlardır: “Siyasi məhbusların həbs olunmasının bir səbəbi də öz liderləridir. Villarda yaşayan, bahalı maşınlarda, mühafizəçilərlə gəzən şəxslərdir. Ancaq onları lider kimi qəbul edənlər məhbus həyatı yaşayırlar. Siyasi analitiklərin əfvdən öncəki çıxışlarında hər kəs hesab edirdi ki, ən azı 27 nəfərin adı bu siyahıya düşəcək. Bəs sonradan nə dəyişdi? Bəzi müxalifət liderlərinin çıxışlarına, Qərbə arxayın olmalarına, bəzilərinin xarici təşkilatlarla konfliktə girməyinə, Amerikanın sanksiya hədəsinə cavab olaraq hakimiyyət siyasi məhbusları azad etmədi. Əfv olunan məhbusların bir neçəsi çox ağır cinayət törətmiş insanlardır. Bu cür məhbuslar əfv olundu, ancaq haqq uğrunda mübarizə aparan insanlar əfv olunmadı. Mən bunun birbaşa günahını bəzi müxalifət liderlərində, Qərbdə görürəm. Bunlar haqq uğrunda mübarizə aparan insanlara dəstək vermək əvəzinə, daha da məsələni şişirtdirlər və onların daha çox məhbus həyatı yaşamağına şərait yaradırlar”. Avropa ölkələrində mühacir həyatı yaşayan Azərbaycan vətəndaşlarına səslənən C.Məmmədzadə qeyd edib ki, uzaqdan Azərbaycanı təhqir etmək, sərt münasibət göstərmək olmaz. Çünki bunun əziyyətini gənc müxalifətçilər, haqq uğrunda mübarizə aparan insanlar çəkir: “Burdan siyasi mühacirlərə səslənmək istəyirəm ki, gedib hansısa Avropa ölkəsində mühacir həyatı yaşayırlar, özlərinə yaxşı həyat qururlar, yaxşı edirlər. Bəs niyə Avropadan Azərbaycana qarşı təhqirlər səsləndirib, sərt reaksiyalar verirlər? Onlar başa düşməlidirlər ki, bunun cəzasını yalnız haqq uğrunda mübarizə aparan gənclər çəkir ki, onları xalq arasında radikal, dağıdıcı müxalifət adlandırırlar. Bunu nəzərə almaq lazımdır. Sonra deyirlər ki, Azərbaycan hakimiyyəti güzəştə getmir. Bütün güzəştlər qarşılıqlı olmalıdır. Sizi kimsə təhqir etsə, söysə siz ona güzəştə gedərsinizmi? Təbii ki getməzsiniz”. Sonda bəzi müxalifət liderlərinə səslənən C.Məmmədzadə onlara iqtidarla dioloqa getməyə çağırıb: “Bir misal çəkim. Pərviz Həşimlinin qızı atasının adının əhv siyahısına düşmədiyi üçün yeni il yolkasını söküb. Bu nə deməkdir? Bir uşaq bayram keçirməkdən imtina etdi. Özünü müxalifət liderləri sayan kəslər, Əli Kərimli, Arif Hacılı və digərləri günahkardırlar. Müxalifət iqtidarla danışıqlara getməlidir, masa arxasında oturmalıdır və məsələni bu yolla həll etməlidirlər. Kimisə təhqir etməklə, boş-boş bəyanatlar verməklə, sökməklə, dağıtmaqla problemi həll etmək mümkün deyil”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları