Yuxarı

Diaspordan xəyanət

Diaspordan xəyanət

[caption id="attachment_2624" align="alignleft" width="262"]fazil mustafa Fazil Mustafa: “Onlar rus ordusunun Azərbaycana yeridilməsi üçün də müraciət edəcəklər”[/caption]

“Rusiyadakı diasporamızdan gözlənilməz addım atılmayıb. Tamamilə gözlədiyimiz addımdır. Adamlar diaspora təşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar, indi də öz iqtisadi və siyasi təhlükəsizliklərini nəzərə alaraq Rusiya hakimiyyətinin təklifi və təzyiqi ilə belə bir addıma gedirlər”.

Cebhe.info xəbər verir ki, Rusiyadakı Azərbaycan diasporunun qondarma erməni soyqırımını tanımasına münasibət bildirən millət vəkili Fazil Mustafa belə deyib. F.Mustafanın sözlərinə görə, Rusiyada gerçək Azərbaycan diasporunun yaradılmamasının əsas günahkarlarından biri də məhz bizim bu işə səlahiyyətli olan məmurlarımızdır: “Oradakı sahibkarlara, az-çox pulu olan azərbaycanlılara pul dağarcığı kimi baxanda təmiz niyyətli kimsə özünü Vətən naminə riskə qoyub Rusiya kimi ölkədə diaspor yükünün altına soxmaz. Bu insanlara vaxtında sahib çıxılmalı, Rusiyanın siyasi və iqtisadi elitasında irəliləməsinə planlı dəstək vermək lazım idi ki, Rusiya hakimiyyəti Söyün Sadıqov, İlqar Hacıyev kimilərdən Azərbaycanın maraqlarına zidd istifadə etməsin. Bir gün həmin adamlar Narışkinə rus ordusunun Azərbaycana yeridilməsi ilə bağlı da müraciət edəcəklər. Keçmiş MTN-çi Akif Çovdarov Rusiyadan evinə baş çəkməyə gələn iş adamlarına bu dövlət qurumunda işgəncə verəndə və pullarını soyanda maraqlı bir ritorik suallar verirmiş: "Sən kimsən ki, öz kəndinin yollarını asfaltlatmısan?" Yaxud da: "Sizin ana-bacınızı biz qoruyuruq, niyə vaxtında gətirib bizim pulumuzu vermirsiniz?" İndi təsəvvür edin ki, başqa bir sual da verə bilərdi: "Sən kimsən ki, diaspora işinə burnunu soxursan?" Bu ritorik sualları təəssüf ki, təkcə Akif Çovdarov vermirdi, vəzifə səlahiyyəti çatanların əksəriyyəti verirdi. Bütün bunlardan sonra öz ölkəsinə gəlməyə peşman olan adam hansı duyğularla öz ölkəsi üçün yad diyarda fədakarlıq edə bilərdi? İndi Rusiyada “erməni soyqırımı” ideyasını dəstəkləyən Azərbaycan diasporunun mövcudluğunun səbəbini az-çox anlamış olduq. Əslində, mən bu məsələyə o qədər də faciəli yanaşmıram. Onsuz da son bir ildə Rusiyada rəsmi səviyyədə alınan axmaq qərarların sayı kifayət qədərdir, bu da olsun onlardan biri. Tək azərbaycanlılar deyil ki, çeçen kimi xarakterli millətin üzdəniraq təmsilçilərinə də türkləri, müsəlmanları, hətta öz çeçen qardaşlarını söydürə bilirlər. Əsas odur ki, heç olmazsa, bu hadisədən nəticə çıxarıb Rusiyada Azərbaycan dövləti və hakimiyyət orqanları ilə əlaqəli çalışan gerçək diaspora təşkilatını formalaşdırmağı bir daha düşünüb-gerçəkləşdirək”.

Mənsur





Həftənin ən çox oxunanları