Yuxarı

Kommunizm xarabalıqlarında boy atan təhlükə

Kommunizm xarabalıqlarında boy atan təhlükə

kommunizmRusiya NATO-ya qarşı möhkəmlənir

Prezident Vladimir Putinin Rusiyanın milli təhlükəsizliyinə dair yeni strategiyası haqda dekabrın 31-də imzaladığı sənəddə NATO birmənalı şəkildə təhlükə kimi göstərilir. Yeni strategiya Moskvanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçılara dəstək verməsi, eləcə də Suriyaya müdaxiləsindən sonra Rusiya və Qərb arasında son zamanlar münasibətlərdə gərginliyi əks etdirir. Kəskin tonda yazılmış 40 səhifədən ibarət sənəddə əsas diqqət Rusiyanın beynəlxalq sistemdən təcrid edilməsi məsələsinə yönəlib.

Bundan başqa, burada dövlət maraqlarının şəxsi maraqlardan üstünlüyünə diqqət çəkilir. Sənəddə Rusiyanın "konstitusiya quruluşu, suverenliyi, müstəqilliyi, hökumət və ərazi bütövlüyünün toxunulmazlığının" təmin olunması vurğulanır. Sənəddə ABŞ-a ikili yanaşma müşahidə olunur. Bildirilir ki, Rusiyanın "müstəqil" xarici və daxili siyasəti "dünya məsələlərində üstünlüyü saxlamağa çalışan ABŞ və onun müttəfiqləri tərəfindən təhrikedici etirazlarla qarşılanır".

Sənəddə ABŞ raket əleyhinə müdafiə sistemini yerləşdirməyə davam etdiyinə görə qınanır, "Ukraynada konstitusiyaya zidd çevrilişi" dəstəkləməkdə ittiham edilir və hətta "ABŞ-ın hərbi-bioloji laboratoriyalarının Rusiya ilə qonşu ölkələrə qədər genişləndirildiyi" iddia edilir. Lakin başqa tərəfdən, sənəddə Rusiyanın ABŞ-la tam tərəfdaşlıq münasibətləri qurmaq istədiyi qeyd edilir. Burada silahlara nəzarətin gələcəkdə də artırılması və kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı etimad qurulmasının vacibliyi vurğulanır. Yeni strategiyada eyni zamanda, "terrorizmə qarşı mübarizədə və regional münaqişələrin həllində" əməkdaşlığın genişləndirilməsinə çağırılır.

Moskva aqressivləşir

SSRİ-nin dağılmasından sonra 3 Baltikyanı dövlətin (Estoniya, Litva və Latviya) NATO-ya üzv olmasıyıla Rusiya keçmiş Sovet respublikalarına təzyiqlərini artırdı. İlk addım kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qurulmuşdusa, növbəti addımda Rusiya Moldova, Gürcüstan və Azərbaycanda işğal həyata keçirirək, bu dövlətləri Şimali Atlantik Alyansından uzaqlaşdırdı. 2015-ci ildə MDB dövlətlərini və Monqolustanı içinə alan Avrasiya İttifaqı layihəsini ortaya atdı. NATO ilə SSRİ coğrafiyasında nüfuz savaşına girən Rusiya özünü Qərb blokuna qlobal güc kimi təqdim etməyə çalışır. Lakin Rusiyanın Azərbaycan, Moldova və Gürcüstana yönəlik aqressiv qərarları ABŞ və NATO-nun sərt etirazıyla qarşılanır. Hərbi təcavüzlərinə görə Rusiyaya xəbərdarlıq edən Kopenhagen və Vaşinqton bu addımlarının mənfi nəticələrinin olacağını da bildirib.

Nəticədə Rusiyanın MDB bölgəsində reallaşdırdığı işğalçılıq siyasətinə NATO-dan adekvat cavab verildi. 2014-cü ildə təşkilat bu ölkə ilə münasibətlərinə yenidən baxdı və ikitərəfli əməkdaşlığı qeyri-müəyyən vaxta qədər ləğv etdi. Kommunizmin xarabalıqları arasından yeni təhlükənin ortaya çıxacağından ehtiyat edən Qərb Almaniyanı birləşdirməklə, Polşa, Macarıstan, Çexiya kimi dövlətləri NATO-ya üzv etməklə Rusiyanın qarşısını Şərqi Avropada almağa çalışdı. NATO Çexiya və Polşanı özünə cəlb etdi və təhlükəli slavyan birliyinin qurulmasının qarşısına böyük əngəl çıxardı. SSRİ dağıldıqdan sonra Ruisya slavyan dövlətlərininin (Bolqarıstan, Çexiya, Polşa, Sloveniya, Slovakiya, Serbiya) birliyini yaratmaqla yeni güc şəklində Qərbin qarşısına çıxmağı planlaşdırıdı. NATO bu planı slavyan dövlətlərini Rusiyadan uzaqlaşdırmaqla pozdu.

Prinsip etibarilə də bu gün NATO-nun öz geosiyasi planları qarşısında böyük əngəl olduğu üçün Rusiya bu qurumu ən böyük düşməni elan edir. Lakin Rusiyanın cəhdlərinə baxmayaraq, NATO Baltikyanı bölgədə atdığı addımı Azərbaycan, Moldova və Ukraynada atmağa hazırlaşır. Qurumun bu təkidi və Rusiyanı böyük güc saymaması isə Moskvada qıcıq yaradır.

“NATO - Rusiya müharibəsi başlana  bilər” - ELN

İngiltərənin “Avropa Şəbəkəsi” (ELN) adlı təşkilatın son hesabatına görə, NATO və Rusiyanın Avrasiyada nüfuz savaşı sonda təhlükəli müharibəyə səbəb ola bilər ELN tərəflərin artıq böyük savaşa hazırlaşdırlarını da iddia edib. Hesabatda Rusiya və NATO-nun son dövrlərdə bir-birinə yaxın bölgələrdə reallaşdırdığı manevrlərə diqqət edilərək, tərəflərin silahlı qarşıdurmaya hazırlaşdığı bildirilir.

Mənsur





Həftənin ən çox oxunanları