Yuxarı

Hökumət islahatlara gedir

Hökumət islahatlara gedir

İclasNazirlik və komitələrin sayı azaldılır

Yanvarın 18-də Azərbaycan prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib. Nazirlərin də iştirakı ilə keçirilən geniş tərkibli müşavirədə ölkə iqtisadiyyatında baş verən son proseslər müzakirə edilib. Bəzi mənbələrdən Cebhe.info-ya daxil olan məlumata görə, toplantıda “Geniş özəlləşdirmə proqramı”nın hazırlanması ilə yanaşı, dövlət strukturlarında ciddi islahatların keçiriləcəyi bildirilib.

Verilən qərara əsasən, yaxın günlərdə bir sıra nazirliklər və dövlət komitələrinin ləğvi istiqamətində işlər həyata keçiriləcək. Belə ki, Dövlət Gömrük Komitəsi ləğv edilərək səlahiyyətlərinin ASAN Xidmətə və Vergilər Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin Xarici İşlər Nazirliyinə, Strandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, həmçinin Eenergetika Nazirliyinin səlahiyyətlərinin İqtisadiyyat Nazirliyinə verilməsi, o cümlədən "Azərenerji"nin ləğvi istiqamətində təkliflər hazırlanacaq.

Bütün bunlarla yanaşı, ölkədə yeni özəlləşdirmə prosesi başlanacaq.





Həftənin ən çox oxunanları