Yuxarı

Ziya Məmmədov istefaya göndərilir.

Ziya Məmmədov istefaya göndərilir.

ziya_mamadov_11042015 Seçkilərdən sonra nəqliyyat nazirinin yola salınacağı deyilir. Nəqliyyat naziri Ziya Məmmədovun başı üzərini qara buludlar alıb. Redakiyamızasızanməlumatagörə, artıq Prezident Administrasiyasında nəqliyyat naziri ilə vidalaşmaq məsələsi müzakirə olunur. Xəbərdə deyilir ki, son vaxtlar Ziya Məmmədovun ard-arda ağır zərbələr alması da bununla bağlıdır. Qeyd edək ki, öncə nəqliyyat nazirinin oğlu Anar Məmmədovun rəhbəri olduğu Amerika-Azərbaycan Alyansı fəaliyyətini dayandırdı. Bu təşkilat ABŞ-da Azərbaycan iqtidarının təbliği ilə məşğul idi. Daha sonra taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırıldı. Dünən isə məlum oldu ki, Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin avtobusları xətdən kənarlaşdırılıb. Bunu Report.az-a Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib. Məlumatda həmçinin qeydedilir ki, 2016-cı ilin dövlət büdcəsinə həsr olunmuş iclasda prezident İlham Əliyevin Nəqliyyat Nazirliyinin fəaliyyətini sərt tənqid etməsi də təsadüfi deyil. Gələn xəbərlərə görə, parlament seçkilərindən sonra Ziya Məmmədov vəzifəsindən uzaqlaşdırıla bilər. Başqa bir məlumatda isə Nəqliyyat  Nazirliyinin də adının dəyişdiriləcəyi bildirilir.            





Həftənin ən çox oxunanları