Yuxarı

“Sarksyan surprizlərlə qarşılaşa bilər”

“Sarksyan surprizlərlə qarşılaşa bilər”

921161_419243Ramiz Alıyev: “Rusiya çox istəyir ki, münaqişənin həlli məhs Rusiyanın vasitəçiliyi ilə olsun”   Son günlər cəbhədə baş verənlər, artan gərginlik, hətta minamyotlardan atəş açılması müxtəlif versiyalara yol açır. Bəzi ekspertlər bildiririlər ki, Qarabağla bağlı müəyyən addımların atılacağı gözlənilir. Versiyalardan biri Azərbaycanın ilkin mərhələdə 7 rayonu azad edəcəyi ilə bağlıdır. Azərbaycan ordusunun irimiqyaslı, Ermənistanın isə geriçəkilmə təlimi keçdiyi də maraqlı məqamlardandır. Lavrovun Bakıya səfəri, ardınca Ermənistan prezidenti Sərkisytanın Rusiyaya səfərinin də ekspertlər təsadüfi saymırlar. Belə bir atmosferdə proseslə hansı məcrada davam edəcək? Siyasi Araşdırmalar İnstitunun rəhbəri, poilitoloq Ramiz Alıyev dedi ki, təkcə yeddi rayon deyil, işğal olunmuş bütün şəhər, rayon və kəndlər Azərbaycana qaytraılmalıdır: “Çünki o torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç bir zaman icazə verməyəcək”. Politoloq əlavə edib ki, Serj Sarkisyanın Rusiyaya səfərində qeyri adi nəsə axratmaq lazım deyil: “Çünki, onun tez-tez Rusiyaya çağırılıb tapşırıqlar verilməsi artıq adət halını alıb. Ancaq daha yaxşı olardı ki, Rusiya və Ermənistan prezidentlərinin görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolları da müzakirə edilsin və ədalətli qərar qəbul olunaraq beynəlxalq hüquq normalarına uyğun formada Azərbaycanın işğal olunmuş torpaqlarından erməni terrorçuları qeyri şərtsiz çıxsın və məcburi köçkünlər öz ata-baba yurduna qayıtsınlar. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğu üçün Putin istəyər ki, münaqişənin həlli məhz Rusiyanın vasitəçiliyi ilə olsun. Amma Ermənistan tək Rusiyanın deyil, bir neçə böyük dövlətin də vassalı olduğu üçün Putinin verdiyi hər hansı bir qərarı anındaca yerinə yetirə bilməz. Bunu Serj Sarkisyanın özü də yaxşı bilir. Onun ipi təkcə Rusiyanın əlində deyil. Bu baxımdan da hesab edirəm ki, münaqişənin həlli istiqamətində danışıqlar olsa belə digər böyük güclərin təsirindən Sarkisyan heç bir yekun rəyə gələ bilməyəcək”. O, vurğulayıb ki, Rusiya Ermənistan münasibətləri İrəvanın vassal asılılığından başqa bir şey deyil: “Ermənisan öz xalqını aldadır ki, güya Rusiya ilə starteji müttəfiqdir filan. Ancaq qeyd etdiyim ki, əslində Ermənistan Rusiyanın ucqar bir kəndidir. Sarksyan da o kəndin kəndxudası. Azərbaycanla Rusiyanın münasibətlərində isə tamam başqa məqamlar var. Yəni Azərbaycan öz ərazi bütövlüyü və ölkəsinin mənafeyi baxımdan istənilən ölkəyə lazımı formada etirazında bildirir , notasın göndərir və münasibətləri də istədiyi formada saxlayaır. Ona görə ki, Azərbaycan dövləti müstəqil siyasət yürüdür və heç bir ölkədən asıllığı yoxdur”. “Fikrimcə Sarksyan Azərbaycan ordusunun son hazırlıqlarından bərk narahat olub və öz sahibinin yanına qaçaraq kömək istəyib”,- deyən politoloq “çünki Sarksyan və digərləri çox yaxşı bilir ki, Azərbaycanda Mübariz kimi igidlər hər an olacaq və günü gündən də çoxalır,- deyə fikrini davam etdirib: “Azərbaycanın iqtisadiyyati, büdcəsi, dövlət başcısının qətiyyətli bəyanatları Sarksyanı gecələr rahat yatmağa qoymur və bu normal haldır. Gərək Sarksyan vassalıqdan çıxa və Azərbaycanın işğal edilmiş torpaqlarından öz quldur dəstələrinin çıxmasına əmr verə. Amma reaalıqda bu gün o əmri verməyə qadir deyil. Ona görə ki, Sarksyanın özü aldığı əmrlərə uyğun olaraq Ermənistanı idarə edir. Digər məsələ ondan ibarətdir ki, Ermənistan əhalisi artıq hazırki hakimiyyətə etimad göstərmir və bundan da Sarksyan bərk qorxuya düşüb. Ona görə də bu gün Rusiyanın köməyinə böyük ehtiyac. Həm maddi həm də siyasi ehtiyaclarını ödəmək üçün Rusiyaya gedən Sarksyan surprizlərlə də qarşılaşa bilər. Çünki Rusiya çox istəyir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məhs Rusiyanın vasitəçiliyi ilə olsun”. Cavad





Həftənin ən çox oxunanları