Yuxarı

Ərəb Baharının qəhrəmanları: Hardadır onlar?

Ərəb Baharının qəhrəmanları: Hardadır onlar?

suriya1Misirin 25 yanvar üsyanından beş il sonra, ölkənin siyasi və media həyatı kökündən dəyişib. Bəs görəsən, prezident Hüsnü Mübarəki devirmiş o inqilabın qəhrəmanları indi hardadırlar, nə edirlər? Onların çoxu həbsxanalarda, ya da xaricdədir. Bəzilərinin mübarizəsi sosial mediada davam edir. Çox az adamlar da var ki, 2011-ci il inqilabının öz sözünü deyəcəyinə hələ də inanırlar. 25 yanvar 2011-ci il inqilabının qəhrəmanlarından biri - Vael Qonim xalqı ayağa qaldıran tarixi fiqur hesab olunur. Məhz o, Facebook sosial şəbəkəsində “Biz hamımız Xalid Səidik” adlı səhifəni yaratmışdı. Amma o indi qürbətdə yaşamağa məcburdur.

“Təəssüf ki inqilabdan sonrakı hadisələr hamımıza qəfil yumruq oldu. Biz milli barışığa gələ bilmədik. Siyasi mübarizə qütbləşməyə səbəb oldu", deyən Qonim əlavə edir ki, "bu qütbləşmə ordunun və islamçıların tərəfdarları arasında idi”.

O deyir ki, prezident Morsi ordu tərəfindən devriləndə, bu artıq səbr kasasını daşdıran son damla olub. Qonim vətənini tərk edib. “Bu, əsl məğlubiyyət idi. Mən iki il cınqırımı da çıxarmadım”, fəal deyir.

Qonim indi ABŞ-da yaşayır və yeni internet platforması yaradıb. Beləliklə, 2015-ci ildə sükutunu pozub.

Həbsxanadakılar

Tanınmış bloqçu və demokratiya müdafiəçisi Əla Əbd-əl-Fəttah etiraz aksiyaları haqqında qanunu pozduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilib. O 2013-cü ildə nümayiş təşkil etdiyinə görə əvvəlcə 15 il müdətinə həbsxana cəzasına məhkum edilmişdi.

Əbd-əl-Fəttah 2011-ci il üsyanında aparıcı dünyəvi fiqur idi. O habelə mülki vətəndaşların hərbi məhkəmələrdə mühakimə olunmasına etiraz bildirirdi. Onun azad olunması üçün beynəlxalq kampaniya aparılır. Əbd-əl-Fəttahın anası Layla Süveyf BBC Monitoring-ə oğlunun inqilabın 5-ci ildönümü ərəfəsindəki əhval-ruhiyyəsindən danışıb.

O deyib ki, oğlu indi Misirdə baş verənlərdən, artan repressiyalardan məyusdur. Süveyf tanınmış solçu fəaldır. O fəlların indiki vəziyyətini belə təsvir edir:

"25 yanvar inqilabının heç bir məqsədi əldə edilməyib. İndiki rejim Misirin tarixində ən pis rejimdir.”

“İnqilabı təcəssüm etdirənlərin bir qismi həbsxanadadır, bir qismi ölkəni tərk edib, bir qismi isə qorxaraq susub”, Süveyf deyib. Başqa bir tanınmış fəal - Əhməd Düma da hazırda həbsxanadadır. Ona iğtişaş, zorakılığın qızışdırılması və təhlükəszilik qüvvələrinə hücum ittihamı ilə ömürlük həbs cəzası kəsiblər. Dümanın xanımı Nurhan Hifzi deyir ki, əri Misirdə dəyişikliklərin baş verəcəyinə inamını itirməyib.

Məhdud internet

2011-ci il inqilbanın başqa bir tanış siması, 6 Aprel Hərəkatının lideri Əsra Əbd-əl-Fəttah inqilabın ön çərgələrində olub.

Arabian Business məcmuəsi Əbd-əl-Fəttahı ən nüfuzlu 100 ərəb qadınından biri adlandırıb. 2011-ci ildə onu Nobel mükafatına təqdim etmişdilər. “İnqilabdan 5 il sonra bəziləri bizi satqın və casus sayırlar”, Əsra qeyd edir. O 25 yanvar inqilabının eybəcərləşdirilməsinə görə yerli medianı ittiham edir.

O deyir ki, meydandan tamamilə yox olmayıb, sosial mediada çox fəaldır. Əbd-əl-Fəttah deyir ki, hazırkı siyasi ab-hava siyasətçilik üçün çox da münasib deyil. “Əslində indi Mübarək rejimi dirildilir”, fəal düşünür.

O indiki rejimin islahatları həyata keçirəcəyinə inanırmış, lakin indi sadəlövh olduğunu başa düşüb. “Mən indi bu rejimin çıxıb getməsini istəmirəm. Hazırda buna alternativ görmürəm, lakin mən onların kursu dəyişmələrini istəyirəm. İstəyirəm ki, rejim 25 yanvar inqilabının məqsədlərini versin - çörək, azadlıq, sosial ədalət”, Əsra əlavə edir. Mükafatlı jurnalist Vael Abbas internetdə insan haqlarının müdafiəsi ilə məşğuldur. O polis zorakılıqları haqqında faktları toplayır. Abbas hazırda Misirin ən qüdrətli bloqçularındən sayılır.

“Bu gün ümid möcüzəyə qalıb”, jurnalist deyir. “Hakimiyyət onun mövqeyinə müxalif olanları əzir. Hazırda ölkəyə hərbi hökumət rəhbərlik edir və onun iqtisadi siyasətləri düzgün deyildir.” "Rejim əldə silahla idarə edir. Hakimiyyət etirazlara qarşı qanunvericilik aktları qəbul edib. Parlament hakimiyyətin caynağındadır”, bloqçu əlavə edir.

Jurnalist bildirir ki, Misirdə siyasi mübarizə tamamilə sosial media müstəvisinə keçib.

Mübarizə davam edir

Bir çox başqa fəallar isə düşünürlər ki, yerli mediada hələ də inqilabın məqsədlərinə xidmət edən səslər var. Xalid Talima belələrindən sayılır. 2011-ci il inqilabının tanınmış simalarından olan televizya aparıcısı Talima hazırda Misirin özəl telekanallarından olan ON TV-də işləyir. Talima müxalif Xalq Axını hərakatının banilərindən olub. O, həm də 2013-cü ildə gənclər naziri idi.

"Mənim yanvar inqilabına inamım sarsılmazdır. Bu ölkənin yaxşılaşması üçün inqilab lazım idi. Tərəqqiyə gedən yeganə yol azadlıq və demokratiyadan keçir”, - deyə Talima bildirir.

"Amma hazırkı rejim elə bilir ki, azadlıqlar və demokratiya inkişafa əngəldir” - deyir jurnalist, - İnqilabın məqsədlərindən heç birinə çatılmayıb, lakin biz bu məqsədlərin əldə edilməsinə çağırmaqda davam edəcəyik”.

“Yanvar inqilabının səsi ölkə mediasında yaşayır.”

Talimanın fikrincə, inqilabçılar məhv olmayıblar

[caption id="attachment_2624" align="alignleft" width="262"]fazil mustafa Fazil Mustafa: “Məsuliyyətsizliyin izahını Türkiyə rəsmiləri verəcək”. [/caption]

“AŞPA-da millət vəkili Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını səndələrlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər”.

Cebhe.info xəbər verir ki, AŞPA-nın sessiyasında iştirak edən millət vəkili Fazil Mustafa belə deyib. F.Mustafa bildirib ki, bu məsələdə Bosniya-Hersoqovinadan olan məruzəçi Mirça Markoviç xanımın qətiyyətli mövqeyini xüsusi olaraq vurğulamaq lazımdır:

“Bununla belə, Volterin hazırladığı Dağlıq Qarabağla bağlı qətnamənin qarşısının alınmasında əksər Avropa ölkələrinin prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı. Həmin ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu. Bununla belə ürək yanğısı ilə bir epizodu bölüşmek istəyirem. Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam və hər zaman bu qardaş ölkəmizin Azərbaycanda nüfuzdan salınmasına qarşı ən sərt formada çıxış etmişəm. Bundan sonra da həmişə belə olacaq, çünki yenə də o düşüncədəyəm ki, ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu deyəcəklərimi qətiyyən göz bəbəyimiz olan Türkiyənin əleyhinə mövqe kimi analaşılmasın. Sadəcə qısa bir epizod kimi türk məsuliyyətsizliyindən demək istəyirəm. Belə ki, Volterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə oldu. 4 səs olsaydı, yenə də qətnamə qəbul olunurdu. Türkiyə nümayəndə heyəti 18 nəfər əsas heyətdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbii qarşılanmalıdır.

Qaldı 16 nəfər. Məhz 16 nəfər hamısı səs versəydi, bərabərlik olurdu və qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2 nəfər, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi.

AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi. Halbuki, iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu soyqırım qədər əhəmiyyətli məsələdir və bizim qədər Türkiyəyə də ciddi arqument verəcək. Bu məsuliyyətsizliyin izahını yəqin ki, Türkiyə rəsmiləri verəcəklər, ancaq aydın görünən bir məsələ var ki, beynəlxalq arenada soyqırım məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir. Maraqlıdır ki, ikinci qətnamənin səsverməsində Türkiyədən 16 nəfər də lehimizə səs verdi. İkincidə səfərbər olurdularsa, demək birincidə də səfərbər ola bilərdilər. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır, deyə düşünürəm. Bu arada hər iki qətnamə layihəsini dəstəkləmiş Türkiyədən, Ukraynadan, Gürcüstandan, Moldovadan, Macarıstandan və başqa ölkələrdən olan deputatlara öz təşəkkürümü bildirməyi borc hesab edirəm”.

Mənsur





Həftənin ən çox oxunanları