Yuxarı

Nəsir Ağayev: “AXCP-nin təklifləri nəzərə alınmalıdır”

Nəsir Ağayev: “AXCP-nin təklifləri nəzərə alınmalıdır”

nesir-agayev-esas“Hər zaman xalqın tələbatına uyğun olan islahatlar dövlətin inkişafına səbəb ola bilər. Bir halda ki, monopoliya, korrupsiya və rüşvət olmaya və qanunlar cəmiyyətdə hamı üçün eyni icra edilə, heç kəs qanunlardan yan keçməyi bacara bilməyə. Yalnız bu halda islahatlar cəmiyyətə və dövlətə xeyir verə bilər”.  Bunu Cebhe.info-ya açıqlamasında Xalq Hərəkatının iştirakçısı Nəsir Ağayev AXCP-nin təkliflər paketinə münasibət bildirərkən deyib.

N.Ağayev ilk olaraq AXCP-nin turizimlə bağlı təkliflərinə münasibət bildirərkən deyib ki, əsas məsələ bu təkliflərin hökumət tərəfindən necə qəbul edilməsidir: “Turizmin inkişafı üçün Azərbaycanda hər cür şərait var. Xüsusi ilə cənub və şimal rayonlarında. Eləcə də tarixi abidələr baxımından Abşeron və qərb bölgələrində. Bu baxımdan Azərbaycanda turizmin inkişafı əlahiddə bir məsələdir. Sadəcə olaraq, turizmin inkişafı ilə əlaqədar həm yerli əhali, həm bizim ölkəyə gələn qonaqlar büdcənin gəlirlərini zənginləşdirirlər”.

Daha sonra AXCP-nin ağır və yüngül sənayenin inkişafı üçün hazırladığı təkliflər paketinə münasibət bildirən N.Ağayev qeyd edib ki, Azərbaycanda 2 il bundan qabaq ağır sənayenin inkişafı üçün hər cür şərait var idi:

“Sadəcə, asfalt, körpu çəkməklə ağır sənayeyə qoyulan kapitalı demək olar ki, məhv etdilər. İndi əsasən yüngül sənayeni inkişaf etdirmək lazımdır. Yüngül sənaye daha tez inkişaf edir və gəlir gətirir. Ağır sənayenin inkişafı üçün isə bizə 7-10 il vaxt lazımdır. Hal-hazırda dünyanı bürümüş iqtisadi böhran və Azərbaycanın qonşuluğunda baş verən hadisələr və siyasi, hərbi münaqişələr əhatəsində ağır sənayeni inkişaf etdirmək qeyri-mümkündür. Bu səbəbdən birinci yüngül sənayenin inkişafında diqqət yetirmək lazımdır. İlk öncə pambıq əkinini genişləndirmək lazımdır. Azərbaycanda pambıqçılıq demək olar ki, məhv edilib. Pambıqçılıq inkişaf etsə, onun hesabına toxuculuq fabrikləri da inkişaf edəcək. Bakıda əvvəllər çoxlu “trikotaj” fabrikləri var idi. O fabriklər məhv edildi. Bəziləri özəlləşdirildi, ancaq onlar da öz təyinatı üzə işləmirlər. Yüngül sənaye inkişaf edərsə və əlbəttə ki, Azərbaycanda baş verən siyasi, iqtisadi böhran vəfa edərsə, ağır sənayenin də inkişafından danışmaq olar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları