Yuxarı

Hadı Rəcəblinin “5 qoyun” təklifinə reksiya

Hadı Rəcəblinin “5 qoyun” təklifinə reksiya

Rovsen agayevİqtisadçı-ekspert Rövşən Ağayev parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin “Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur” iddiasına cavab verib.

Cebhe.info xəbər verir ki, iqtisadçı həmçinin komitə sədrinin dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilməsi təklifinə də münasibət bildirib.

“Cənab Rəcəbli əlavə edib ki, qoyun verilmiş ailələrə nəzarət edilsin ki, onlar qoyunlardan bala alana qədər heyvanları kəsməsinlər. Əslində bu cür çıxışa rəy bildirmək daha doğru olardı. Amma fikir sahibi yüksək statusa malik rəsmi şəxsdir və mediada polemika mütləq olmalıdır. Əvvəla, ünvanlı sosial yardım almaq insanlarda ələbaxımlılıq yaratmır - əgər sistem şəffaf və düzgün çalışırsa. Ələbaxan vətəndaş olmur, vətəndaşın əlinə baxan sistem olur. Bu sistem vətəndaşdan maddi olaraq nəsə umduğuna görə haqqı olmayan insanlara yardım təyin edir, haqqı olmayan kənarda qalır. Bu gün Şimali Avropa ölkələrində hökumətin büdcəsinin az qala üçdə biri yalnız sosial müdafiə tədbirlərinə xərclənir, bilavasitə yoxsulluq müavinətlərinin ödənilməsinə hər il milyardlarla dollar xərclənir, amma hansısa məmurun ağlına gəlmir ki, "ələbaxımlı vətəndaş" sözü işlətsin. İkinci vacib məqam: ünvanlı sosial yardım konkret şəraitdə aylıq gəliri minimum yaşayışını təmin edə bilməyən şəxslərə və ya ailələrə verilir.

Məsələn, təsəvvür edin ki, indi qüvvədə olan sosial normativə görə 4 nəfərlik bir ailənin minimum yaşayışı üşün 520 manat lazımdır, amma onlar 300 manat qazanır, dövlətdən isə 220 manat sosial yardım alır. İndi Hadı müəllimin təklif etdiyi 5 qoyun alıb onlara verildi, onların sosial yardımı da kəsildi. Müəllim təklif edir ki, bala verməmiş qoyunlar da satıla bilməz. Bəs qoyunlar bala verənədək bu ailə öz büdcəsindəki 220 manatlıq kəsiri hansı mənbə hesabına örtəcək? Axı bu ailə acından ölməmək üçün mütləq ayda 520 manatdan aşağ qazanca malik olmamalıdır. Hörmətli Hadı müəllim, yoxsulluq müavinətini alanların sayının az olması üçün ölkədə layaqətli əmək haqqı verən dayanıqlı iş yerlərinin sayı çox olmalıdır. İnandırıcı deyil ki, ailələr ayda 500 manat qazana biləcəkləri halda, 150-200 manatlıq ünvanlı yardımın asılılığına düşməyə razı olsunlar. Bir də heyvandarlıqdan başı çıxan dostlar desin görək 4 balaverən qoyundan ildə nə qədər qazanc götürmək olar?”

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları