Yuxarı

Müslum Maqomayevin imtina etdiyi yerə Elza Seyidcahan namizətdir

Müslum Maqomayevin imtina etdiyi yerə Elza Seyidcahan namizətdir

C751C0B1-20A9-4602-9FC0-69904CFE6713_mw800_sMilli Məclisə keçiriləcək seçkilərə qalan müddət azaldıqca deputalığa namizədlərə maraq artıq. Siyasi-ictimai xadimlərlə yanaşı, seçkiyə qatılacaq namizədlər arasında bu dəfə hətta şou-biznes ulduzlarını da görə bilərik. Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan Milli Məclisə keçiriləcək seckilərdə namizədliyini irəli sürəcəyini bildirib. Müğənninin bu addımı çoxları tərəfindən birmənalı qarşılanmasa da, Elza Seyidcahan deputat olmaq qərarında israrlıdır: “Mən deputat olmaq fikrindəyəm və namizədliyimi irəli sürəcəm. Bunu reklam, şou xatirinə deməmişəm. Anadan olduğum Siyəzəndən parlament seçkilərinə namizədliyimi verəcəyəm”. Elza Seyidcahan iqtidardan dəstək istəyir 7069 Onunla bağlı kütləvi informasiya vasitələrində tez-tez təxribat xarakterli yazılara rast gəlindiyini deyən sənətçi belə yazı müəlliflərini məhkəməyə verəcəyini dedi: ”Mərdi qova-qova namərd edirlər. Amma mən mərdi qova-qova mərd edəcəyəm. Dəfələrlə mənim ünvanıma təxribat xarakterli yazılar yazırlar ki, Elza deputatlığa layiq deyil, nalayiqdir. Yazdığı şerlər nə bilim nə.. “Sən millət vəkili olmayacaqsan” deyə bəzi ziyalılarla məni üz-üzə qoydular, hörmətsizlik etdilər. Ona görə qərara gəldim ki, əgər mən bu qədər müzakirə obyektiyəmsə, qoy özümü seckilərdə sınayım. Xalqıma söz verdim ki, deputatlığa namizədliyimi irəli sürəcəm. Mənə müxtəlif funksiyalardan təklif lər gəlir ki, onların partiyasından namizədliyimi irəlü sürüm və məni dəstəkləsinlər. Onlara təşəkkürümü bildirirəm. Amma istəyirəm ki, məni fəxri üzvü olduğum Yeni Azərbaycan Partiyasından dəstəkləsinlər”.  Deputat seçiləcəyindən əmin olan sənətçi bildirib ki, millət vəkilləri ilə birgə çiyin-çiyinə işləmək onun arzusudur: “Mən deputatlığa namizədliyimi irəli sürmək üçün çox düşündüm. Özümə sual verdim ki, Elza, sən millət vəkili olmağa layiqsən? Anladım ki, keşməkeşli yollardan keçmiş və sənətimlə xalqıma xidmət etmiş biri kimi, millət vəkili olmağa layiqəm. Xalqımın gözü güzgü kimi aydındır. Çox tanışlarım məni diplomat kimi görürlər. Ağıl yaşda deyil, başdadı. Hər zaman Allahdan istəmişəm ki, insanlara qarşı səbrli olum. Bağışlamağı bacarım. Mən bu xüsusiyyətlərə sahibəm, çalışıram ki, belə də qoruyub saxlayım. Qismət olsa, deputat seçilsəm, məsuliyyətim ikiqat artacaq”. Müslüm Maqomayev depuatlıqdan imtina etdi Şou-biznes ulduzlarının Milli Məclisin seçkilərinə namizəd kimi qatılması məsələsini müsbət qarşılamayan müğənni Əli Mirəliyev isə belə hesab edir ki, hər kəs öz sahəsi ilə məşğul olmalıdır: 9231315_i “Mən mədəniyyət işçisiyəm, Milli Məclisdə nə işim var? Kimlər ki, deputatlığa namizədliyini vermək istəyir, onlar müğənni deyillər. O insan ki, özünü qeyri-peşəkar sayır, o, mütləq deputat olmalıdır. Müğənni öz işi ilə məşğul olmalıdır. Əlbəttə ki, müğənni adı ilə səhnəyə çıxan və əlindən heç bir iş gəlməyən adam deputat da ola bilər, müxtəlif işlərdə çalışa da bilər. Məsələn, rəhmətlik Heydər Əliyev Müslüm Maqamayevi Milli Məclisə deputat görmək  istəyirdi. O zaman Müslüm Maqamayev etiraz etdi. Dedi ki, yox, mən sənət adamıyam və öz işimlə məşğul olmalıyam. Mən bu dediklərimi təkcə Elza Seyidcahana aid etmirəm. Ümumiyyətlə, bütün sənət adamlarına səslənirəm. Deputat siyasəti, iqtisadiyyatı və digər sahələri mükəmməl bilən adam seçilməlidir. Hər bir ağıllı insan öz xalqına xeyir gərirməlidir. Yalandan xalqın adından mandat alıb parlamentdə oturanlar var. Mən siyasəti bilməyə-bilməyə necə deputatlığa gəlim. Milli Məclisdə boş-boş oturub, 2000 manat əməkhaqqı alım, sonra da xalqı aldadım. Spiker oradan qışqırsın ki, hə ya yox? Mən də əlimi qaldırım”. Əli Mirəliyev şou-biznes aləmində kifayət qədər yarımçıq müğənnilərin mövcudluğundan gileylənib: “ Yarımçıq müğənnilərdir ki, deputat olmaq arzusundadırlar. Bütün sahələrə başını soxan və heç bir sahədən anlayışı olmayan insanlar yarımçıq müğənnilərdir. Belə yabanı otlar bütün sahələrdə var. Təbii ki, deputatların arasında savadlı şəxslər çoxdur. Amma əksəriyyəti orada boş yer tutub. Ona görə də mən boş yer tutmaq istəməzdim. Özümü mədəniyyət və turizm naziri görürəm, amma deputat yox. Xalqa xidmət etməklə nə gəldi oxumaq, nə gəldi danışmaq olmaz. Bunun üçün musiqi sahəsində çalışıb əmək fəaliyyətinə nail olmaq lazımdır. Əmək fəaliyyətinin olması efirə çıxmaq deyil. Əmək fəaliyyəti odur ki, gedib cəbhə bölgələrində, rayonlarda, zəhmətkeşlər, çobanlar, zavod işçiləri üçün konsert verəsən. Mənim əmək fəaliyyətim var. İstənilən peşə sahibi - müəllim, həkim, dülgər, rəssam və digər sahələrdə peşəkar olan insan yalnız öz sahəsinə uğur gətirə bilər”.

YAP-çı deputatdan dəstək

Aydın_Mirzəzadə_2014 Millət vəkili Aydın Mirzəzadə isə şou-biznes “ulduzlarının” seçkiyə qatılmasını normal qarşılayır: “Secki Məcəlləsi qanunun tələblərinə görə hər bir Azərbaycan vətəndaşı deputatlığa namizədliyini sürə bilər. Hər bir vətəndaşın parlamentdə seçmək və seçilmək hüququ var. Seçicinin etimadını qazanan hər bir şəxs parlamentdə otura bilər”.   Şərif Ağayar: “Siyasətdən başım çıxmır” скачанные файлы (1)Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şərif Ağayar da mədəniyyət işçilərinin deputat olmaq istəyini normal qarşılamaqla bağlı Aydın Mirzazadə ilə həmfikirdir: “Elza xanım deputat ola bilər, kimdən əskikdir ki? Elza Seyidcahanın namizədlik irəli sürmək hüququ var, camaatın isə səs verməməyə haqqı var. Elza xanıma qarşı mətbuatda qərəzli yazılar yazılır. Ümimiyyətlə sənət adamına aşağı baxmaq məsələsini qəbul etmirəm. Çoxları mədəniyyət sahəsində böyük sənət yaradırlar. Elza Seyidcahan da onlardan geri qalmır. O, deputat da bilər, xalq artisti də... Hətta dünyaya da çıxa bilər”. Qarşıdakı seckilərə namizəd kimi qatılmayacağını deyən yazıçı heç vaxt siyasətə qoşulmadığını və bu sahədə bilgilərin belə olmadığını diqqətə çəkdi: “Siyasət və iqtisadiyyat sahəsi mənim maraq dairəmdə deyil. Bu barədə bilgilərim belə yoxdur. Ümumiyyətlə siyasəti sevmirəm. Hətta bir abzaslıq siyasi köşə belə yaza bilmərəm. Tam səmimi deyirəm. Siyasətdən başım çıxmır”. Alçina Amilqızı    





Həftənin ən çox oxunanları