Yuxarı

"B planımız hazırdır..."

Adil El CubeyrSəudiyyə Ərəbistanı Rusiyanı Suriyada atəşkəsi pozmaqda ittiham etdi

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr  Suriyadakı atəşkəsin ciddi olmadığını, belə davam edərsə, B planını işə salacaqlarını deyib. Avropa.info xəbər verir ki, Əsəd rejimi  və Rusiyanı atəşkəsi pozmaqda ittiham edən Cubeyr, Suriyaya quru qoşunları göndərməyə hazır olduqlarını bir daha təkrarlayıb.

"Həm Rusiya, həm də rejim müqaviləni pozur. Bu mövzuda Suriya Dəstək Qrupu ölkələrilə müzakirələr aparırıq. Əsəd rejimi və dəstəkçilərinin anlaşmaya əməl etməməsi halında bir B planımız var və bunun üzərində işləyəcəyik. " Səudiyyə Ərəbistanının Suriyaya qurudan tək tərəfli müdaxilə etmək niyyəti olmadığını söyləyən Cubeyr, koalisiyanın quru qüvvələri göndərilməsinə qərar verməsi halında buna qatılmağa hazır olduqlarını qeyd edib.





Həftənin ən çox oxunanları