Yuxarı

Rejim odla oynayır

Rejim odla oynayır

[caption id="attachment_3620" align="alignnone" width="960"]Sedreddin Soltan Sədrəddin Soltan:  “Seçkilərin saxtalaşdırılması hakimiyyətin türklərə olan münasibətinin nəticəsidir”[/caption]

Seçkidə kürd saxtakarlığı

İranda keçirilən 10-cu parlament seçkiləri Güney Azərbaycanda - ölkənin Qərbi Azərbaycan ostanında qalmaqal və qarşıdurmalarla müşayiət olunub. Proses gərginlik şəraitində baş tutub. Səbəbi isə həmin ostanda azlıqda yaşayan kürdlərin və terrorçu qruplarının seçki saxtakarlığını yürütmələri olub. Ostanın Urmiya, Sulduz və Salmas şəhərlərində kürd namizədin məclisə göndərilməsi üçün bütün vasitələrə əl atan kürd terrorçu və separatçı qüvvələrinə qarşı Azərbaycan türkləri ciddi müqavimət göstərib.

Kürdlər öz namzədlərinin məclisə getmə hüququ qazana bilməyəcəyi təqdirdə iğtişaş yaradacaqlarını əvvəlcədən bəyan edərək yaşadıqları bölgələrdə təxribat aksiyaları həyata keçiriblər. Buna qarşılıq olaraq da Azərbaycan türkləri şəhərin “Fərmandari” meydanında toplaşaraq kürdlərin seçki saxtakarlığa öz etirazlarını bildiriblər. Sulduz şəhəri qeydiyyatında olmayan başqa kürd bölgələrindən Sulduzda səsverməyə gələn bir neçə avtobus görünüb. Bununla yanaşı, səsvermə dairələrində Sulduz qeydiyyatı olmayan bir çox seçici aşkar edilib. Bu isə türklərin hiddətinə səbəb olub.

Kürdlərin təhlükəli planı

Kürdlərin Güney Azərbaycanda boy atması və seçkiləri saxtalaşdırmalarına hüquqi qiymətin verilməməsi İran rejiminin türk bölgələrini kürdləşdirməsi siyasətinin  nəticəsisdir. İslam inqilabından bu yana molla rejimi tayfa sistemi və pərakəndə yaşayan kürd qruplarını Güney Azərbaycanın Urmiya, Salmas, Sulduz, Ərdəbil, Təbriz kimi iri şəhərlərində yerləşdirirək, bölgədə türk nüfuzunu azaltmaq siyasəti yürüdür. Urmiya şəhərini “bufer zona” elan edən fars hakimiyyəti eyni ssenariləri Maku və Xoyda təkrarlayır. Xüsusilə 2005-ci ildən sonra qeyd edilən şəhərlərdə sayları olduqca az olan kürdlərin getdikcə artmağa başlaması müşahidə olunur. Bölgəyə gələn kürdlər narkotik və insan alverindən əldə etdikləri gəlirlər hesabına Urmiya, Sulduz və Salmasın strateji iqtisadi obyektləri ələ keçirərək, öz iqtisadi güclərini də artırırlar. Bu işdə kürdlərin ən böyük dəstəkçiləri İran hakimiyyətidir. Nəticə olaraq da, kürdlər Xoy şəhərinin kürd vilayəti elan olunması məsələsini gündəmə gətiriblər. Əhalisinin əksəriyyəti Azərbaycan türkü olan Maku, Urmiya və Təbriz şəhərlərinə bağlı olan ərazi vahidləri yaradılacaq Xoy vilayətinə birləşdiriləcəyi halda Güney Azərbaycanın Türkiyə ilə sərhədləri kürdlərin nəzarətinə keçəcək. Xoy əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarətdir. Burada təxminən, 1 milyona yaxın türk yaşayır. Kürdlərdə isə bu rəqəm 50-70 min arasındadır. İran hakimiyyəti isə kürdlərin bu planını həyata keçirməkdə maraqlı görünür. Hökumətin iqtisadi strukturları kürdlərin bölgədə məşğulluğunu artırmaq üçün onların yaşadığı ərazilərə investisiya yatırımlarını da artırıblar. Bunun Güney Azərbaycanda davam edən işsizliyi aradan qaldırmaq üçün edildiyi bildirilsə də, məqsəd kürdlərin nüfuzunu artırmaq və türklər üzərində təzyiq rıçaqlarını gücləndirməkdir.

Rejim qollarını çırmalayıb

İran kürdləri 4 tayfa formasında yaşayırlar. Bu tayfaların hamısı hakimiyyətin dövlət və Güney Azərbaycanı kürdləşdirmək siyasətinə dəstək verirlər.

Rəhbərliyin bunun qarşılığında həmin kürd tayfa üzvlərinə Salmas, Xoy və Maku şəhərlərində iş imkanları təmin edib, müxtəlif dövlət qurumlarında məmur postları verilib. Bunun nəticəsidir ki, Xoy, Salmas, Urmiyadan başqa kürdlər çox rahatlıqla türklərin Çaldıran, Tikantəpə, Soyuq, Bulaq, Sulduz, Kürv, Həsənabad kimi yaşayış məntəqələrinə iddialar irəli sürürlər. Tərtib etdikləri saxta sənədləri həmin bölgələr “kürd əraziləri” kimi qeyd olunur və bu, hakimiyyətin yuxarı eşalonunda rəsmən təsdiqlənir. Prinsip etibarilə, İran hakimiyyətinin kürdləri ayaqlandırmaqda əsas məqsədi Güney Azərbaycanda davam edən Milli Azalıq Hərəkatının qarşısını almaq və türkləri pərakəndə salmaqla assimilyasiyaya uğradıb yox etməkdir.

“Rejim kürdlərin saxtakarlıqlarına göz yumur”

Yaxın Şərq və İran üzrə ekspert Sədrəddin Soltan “Cümhuriyət”ə İran hakimiyyətinin dəstəyi ilə Güney Azərbaycanda kürdlərin seçkilərin nəticələrini birinci dəfə saxtalaşdırmadıqlarını bildirib. S.Soltanın sözlərinə görə, bu rejimin Azərbaycan türklərinə qarşı yanlış siyasətinin nəticələrindən biridir: “İranda keçirilən seçkilər sadəcə, kosmetik dəyişiklikdir, bunun Güney Azərbaycana heç bir xeyri yoxdur. Güney Azərbaycana köçürülən kürdlərin türk böl-gələrində seçkiləri saxtalaşdırmaları birinci dəfə deyil. İran hakimiyyəti həmişə kürdlərin bu saxtakarlıqlarına göz yumub. Bunun da əsas səbəblərindən biri Güney Azərbaycan türklərinin seçkilərə laqeyd qalmalarıdır. Hakimiyyət və kürdlər də bir qayda olaraq, bundan öz məqsədləri üçün istifadə edirlər. İran parlamentində Qərbi Azərbaycan ostanı adına kürd deputatların sayını artırmaqla, həmçinin hakimiyyət parlamentdə kürdlərə bir neçə yer verməklə, türk ərazilərinə köçürülən kürdlərin könüllərini xoş etmək istəyir. Nəticədə də bu son seçkilərin də Azərbaycan türklərinin heç bir mədəni, sosial, siyasi həyatına təsir etməyəcək. Əgər bundan sonra İranda bütün millətlər yaxşı yaşasalar, bu İran hakimiyyətinin yaşayışını yaxşılaşdırmaq üçün keçiriləcək islahatlar olacaq. Bununla İran hakimiyyəti Avropa və ABŞ-ın etimadını qazanmaq istəyəcək ki, iqtisadi sahədə əməkdaşlıq edə bilsin. Lakin bu milli məsələyə ciddi təsir etməyəcək. Hesab edirəm ki, Güney Azərbaycanda seçkilərin saxtalaşdırılması da İran hakimiyyətinin türklərə olan münasibətinin nəticəsidir”.

Mənsur





Həftənin ən çox oxunanları