Yuxarı

AŞPA sədri həbsxanada İlqar Məmmədovla görüşüb

AŞPA sədri həbsxanada İlqar Məmmədovla görüşüb

Ilqar PedroAvropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt həbsdə olan ReAL sədri İlqar Məmmədovla görüşüb. Prezident bu görüş barədə öz twitter səhifəsində məlumat paylaşıb. Bildirib ki, "İlqar Məmmədovun məhkəmə işlərinin həlli üçün onunla həbsxanada görüşdük"

Pedro Aqramunt fevralın 29-dan Bakıdadır, o, vətəndaş cəmiyyətinin nümayəndələri və prezidentlə görüşüb.

İlqar Məmmədov 2013-cü il yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.

Cebhe.info





Həftənin ən çox oxunanları