Yuxarı

Sığorta bazarı çökür

Sığorta bazarı çökür

[caption id="attachment_736" align="alignleft" width="220"]ramil_osmanli Ramil Osmanlı: “Vətəndaşları icbarı sığortadan keçməyə məcbur edirlər”[/caption] [caption id="attachment_1026" align="alignleft" width="439"]Fexrim Ebdulezimov Fəxrim Abduləzimov: “Sığorta şirkətləri vətəndaşın hüquqlarını qorumur”[/caption]                    

Son dövrlərdə ölkədə fəaliyyət göstərən bank və sığorta şirkətləri haqda narazıçılıqlar artan xətt üzrə gedir. Bankların müştərilərlə daha çox problemi olduğu üçün bu mövzu son vaxtlarda gündəmi zəbt edib. Bankla bağlı vətəndaşlarda ən çox narahatlıq yaradan səbəb isə əmanətlərin taleyinin necə olacağı ilə bağlıdır. Bir çox ekspertlərin mart ayında manatın 3-cü dəfə kəskin dəyər itirəcəyini deməsi bu narahatçılıqları daha da artırır.

Burada digər bir məsələ sığorta şirkətləri ilə bağlıdır. Sığorta şirkətlərindən narazı olan vətəndaşların şikayəti təkcə əmanətlərlə bitmir. Sı-ğortalanmış daşınmaz əmlak, nəqliyyat vasitələri sahibləri bir çox vaxtlarda dəymiş zərərin tam ödənilmədiyini və süründürməçilik hallarının çox olması ilə bağlı şikayətlərini bildirirlər. Digər bir problem isə fəaliyyəti dayandırılan sığorta şirkətləri ilə bağlıdır ki, həmin şirkətin müştəriləri də hara müraciət edəcəklərini bilmir.

“Cümhuriyət”ə açıqlamasında Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib ki, sığorta bazarında son illərdə müəyyən qədər artım var: “Demək olmaz ki, heç bir iş görülməyib. Amma çox təəssüflər olsun ki, bu, könüllü xarakter daşımır. Məsələn, alqı-satqı, təkrar əqdlərin qeydiyatı inzibatı resurslar hesabına aparılır. Ümumiyyətlə, hər hansı formada əqd bağlanan vaxtı vətəndaşları icbarı sığortadan keçməyə məcbur edirlər. Bu da ondan irəli gəlir ki, Azərbaycanda sığorta şirkətlərinə etimad o qədər də yüksək deyil. Bu səbəbdən də, vətəndaş müəyyən bir vəsait sərf edib əmlakını sığortalamq istəmir. Düzdür, qanunvericilikdə bununla bağlı müəyyən cərimələr nəzərdə tutulub. Ancaq hələ ki, texniki cəhətdən bunu etmək mümkün deyil. Hesab edirəm ki, daşınmaz əmlakın icbari sığortasını tam şəkildə təmin etmək üçün əmlakın qeydiyyatı üzrə aparılan islahatlar da surətləndirilməlidir. Bu gün Bakıda kifayət qədər qeydiyyatı olmayan fərdi yaşayış mənzilləri var. Bu mənzillərin qeydiyyata alınması istiqamətində işlər aparılmalıdır. Təbii ki, sadaladığım addımlar paralel şəkildə həyata keçirilməlidir. Bundan sonra icbarı sığortaya müəyyən mənada etimadı bərpa etmək olar”.

İqtisadçı ekspert Fəxrim Abduləzimov “Cümhuriyət”ə açıqlamasında bildirib ki, hal-hazırda ölkəmizdə sığorta sistemi Avropa ölkələri ilə müqa-yisədə çox bərbad vəziyətdədir: “Ölkədə sığorta sistemi məcburidir. Əhaliyə ən vacib olan sığorta sağlamlıq sığortasıdır ki, bunu da bizim ölkədə demək olar ki, ancaq dövlət müəssisələrində çalışan insanlara aid etmək olar.

Bu da ölkəmizdə olan sığortanın hansı səviyədə olmasından xəbər verir.Ölkədə sığorta şirkətlərinin sayı yetərincədir. Avropa ölkələrindən tək Almaniyanı göstərmək olar ki, burada bütün fiziki şəxslər sığortalanmalıdır. Əgər işləyirsə, iş yerindən, işləmirsə, dövlət büdcəsi hesabına. Daha dəqiq desək, işsizlər sosial müdafiə qrumlarının hesabına sığortalanır. Almaniyada bütün vətəndaşlar ilk növbədə, tibbi, pensiya sosial sığortası və mülki məsuliyyətin sığortası ilə sığortalanır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda kimin pulu varsa istədiyi əmlakını və özünü sığortalaya bilir: “Bunun əsas səbəbi isə sığorta sisteminin ölkədə düzgün qurulmaması, sığorta şirkətlərinə inamsızlıq və işsizliyin ölkədə çoxluq təşkil etməsidir. Bunun nəticəsidir ki, banka qoyulan sərmayələrin sığorta olunmaması vətəndaş la bank sektoru arasında anlaşılmasızlığa gətirib çıxarır. Burda ancaq sığorta bankın mənafeyini qoruyur, vətəndaş isə müflisləşir. Almaniyadan fərqli olaraq, bizdə məcburi sığorta ancaq avtomobillərə şamil edilir. Bunun da səbəbi vətəndaşla polis və məkhəmə sistemində olan narazılığı aradan qaldırmaqdır. Burda isə yenə də sı-ğorta şirkətləri ilə müştərilər arasında narazılıq yaranır. Bu da vətəndaşın əmlakının düzgün sığortalanmaması və yaxud lazım olacaq maliyyənin vətəndaşa verilməməsidir. Bundan əlavə isə, hər bir vətəndaşın müraciət etdikləri sığorta şirkətlərin öz müştərilərinin günahkar olmadığını sübut etdirməyə çalışması digərinin günahkar çıxarması səbəb olur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları