Yuxarı

Hakimiyyətin çıxış yolu...

Hakimiyyətin çıxış yolu...

İqtidar siyasi islahatlara getməlidir [caption id="attachment_2202" align="alignleft" width="311"]zelimxan memmedli Zəlimxan Məmmədli: “Hakimiyyət qətiyyət göstərməlidir”[/caption] [caption id="attachment_3676" align="alignleft" width="383"]Mehriban-Vezir Mehriban Vəzir: “İstək olsa, problemləri aradan qaldırmaq mümkündür”[/caption]    

“Mən inanıram ki, Azərbaycan dönüş mərhələsindədir və bu, ölkənin Avropa və Avropa Şurası ilə münasibətlərini yaxşılaşdırmasına imkan verəcək”.  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana ikigünlük səfərinin yekunları ilə bağlı bildirib.

Aqramunt deyib ki, bu dəyişikliklər energetika və insan hüquqları məsələlərindən daha genişdir, maliyyə böhranı, qanunun aliliyinin və şəffaflığın təmin edilməsilə xarici investorların cəlb olunmasının vacibliyini əhatə edir. Bütün bunlar Azərbaycanın düşdüyü həssas geosiyası vəziyyətdə baş verir. Mən yüksək vəzifəli həmsöhbətlərimlə qanunun aliliyi və insan hüquqları mövzusunda səmimi və açıq müzakirələrdən ruhlandım. Bu məsələləri yerli jurnalistlər, QHT təmsilçiləri, hüquqşünaslar və bəzi səfirlərlə görüşlərimdə də qaldırdım. Hər görüşdə qaldırılan əsas məsələlərdən biri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tətbiqi və icrasının vacibliyinə dair məsələ idi. Apardığım söhbətlərdən belə məlum olur ki, bu, çox həssas mövzudur, ancaq o da məlumdur ki, bu məsələnin həlli fərdi qaydada olmamalıdır, bütün hüquqi prosesə şamil edilməlidir. Bununla əlaqədar mənə bildiriblər ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Konvensiyasının səmərəli tətbiqi üçün Avropa Şurasının baş katibi ilə 52-ci maddə çərçivəsində əməkdaşlıq edəcək və AŞ baş katibinin səlahiyyətli nümayəndə heyəti ilə görüş təyin ediləcək. Bütün bunlar yaxşı başlanğıcdır və mən ümid edirəm ki, bu, tezliklə irəliləməyə imkan verəcək”.

“Mümkündür”

“Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli Cebhe.infoya açıqlamasında tezliklə Azərbaycanda demokratiya və insan haqları sahəsində müsbət dəyişikliklərin baş verməsinin mümkünlüyünü istisna etmədi. Z.Məmmədli hesab edir ki, ölkədə bu sahədə olan problemlərin aradan qaldırılmasına ehtiyac var: “Bu gün Azərbaycanda insan haqları və demokratiya sahəsindəki mövcud vəziyyət o qədər də ürəkaçan deyil. Bu baxımdan Aqramuntun iddialarında müəyyən qədər həqiqətlər ola bilər. Bu sahələrdə müsbət dəyişikliklərin olması istisna deyil, hər şey mümkündür.

Sadəcə, hakimiyyət qətiyyət göstərməlidir. Ümid edirik ki, iqtidar bu sahədə olan problemləri nəzərə alıb, müsbət dəyişikliklər üçün lazım olan addımları atacaq”.

“Hakimiyyət iradə göstərməlidir”

Hüquq müdafiəçisi Mehriban Vəzir də Cebhe.infoya açıqlamasında Azərbaycanda müsbət dəyişikliklərin baş verəcəyindən əminliyini diqqətə çatdırıb. Mehriban Vəzir hesab edir ki, bu, hakimiyyətin siyasi iradəsindən asılı olan məsələdir: “Düşünmürəm ki, bu işləri görəcək insanların qarşısında böyük əngəllər var.

Sadəcə, bu dəyişiklikləri həyata keçirmək üçün hakimiyyət öz iradəsini ortaya qoymalıdır. Əgər iqtidarda istək olarsa, demokratiya və insan haqları sahələrində olan problemləri aradan qaldırmaq mümkün olar. Bu lazımdır və çox vacibdir”.

Mənsur





Həftənin ən çox oxunanları