Yuxarı

Hüquq müdafiəçisi mətbuata səsləndi

Hüquq müdafiəçisi mətbuata səsləndi

Sahib Memmedov“Ermənilər Azərbaycana qarşı növbəti kampaniyaya start verib. Əslində, ötən ilin ortalarından. Sadəcə, son günlər bu daha da sürəklidir”. Cebhe.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, məqsəd azərbaycanlıların nəinki özgə mədəniyyətinə, hətta öz tarixlərinə və mədəniyyətlərinə düşmən olan vəhşi obrazını yaratmaqdır: "Bakı dağıdılır" kampaniyası indi bizim mətbuata, sosial şəbəkələrə ötürülüb. Dünəndən bizimkilərin bir qismi bilərəkdən, bir qismi də bilməyərəkdən Bakıda tarixi abidələrin dağıdılması ilə bağlı həyəcan təbili çalır. Sovetskidə zibilliklərin sökülməsini tarixi abidələrin dağıdılması kimi qələmə verib şivən salıblar. Bu prosesə məqsədli qoşulan "öz ermənilərimizlə" işim yoxdur. Bu kampaniyaya səhv məlumatların təsiri altında qoşulan vicdanlı insanları ehtiyatlı olmağa çağırıram. Erməni KİV-lərini araşdırın. Xəttin hardan gəldiyini görəcəksiz. PİN təşkilatı da kampaniyaya maliyyə dəstəyi göstərir. Hər halda bu təşkilatın patronajı altında olanların canfəşənlığı bunu aşkar göstərir”. Mənsur





Həftənin ən çox oxunanları