Yuxarı

Yeni Osmanlı qorxusu

Yeni Osmanlı qorxusu

[caption id="attachment_3871" align="alignleft" width="225"]Qabil Rzayev Qabil Rzayev: “Çirkin oyunlarla Türkiyənin yolunu kəsməyə çalışırlar”[/caption]

Martın 13-də Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən növbəti qanlı terror hadisəsi baş verdi. Ankaranın mərkəzi Kızılay meydanında baş vermiş partlayışın səbəbi hələlik məlum olmasa da, təsdiqlənməmiş məlumatlarda partlayışın bomba yüklü maşın tərəfindən törədildiyi bildirilib. Digər mənbələrdə isə partlayışın canlı bomba tərəfindən törədildiyi iddia olunub. Hadisənin kimlər tərəfindən törədilməsinə dair fərqli fikirlər və müzakirələr səsləndirilir.

Qeyd edək ki, bu il fevralın 17-də Ankarada terror aktı baş verib. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev “Cümhuriyət” qəzetinə bildirib ki, Ankaradakı son terror hadisəsi də bundan öncəki terror hadisələri kimi türk dövlətinin ölkənin şərq və cənub-şərqində PKK terror təşkilatına qarşı qərarlı mübarizəsinin və eyni zamanda Türkiyə dövlətinin son 5 ildə Suriyada Əsəd rejiminə qarşı siyasətinin nəticəsidir: “Əgər Türkiyə PKK və digər sol təmayüllü terror təşkilatlarının axırına çıxarsa, paralel olaraq Suriyada rejim dəyişərsə, hər iki hadisədə birbaşa Türkiyənin regional güc olma yolunu açır. Türkiyənin sahib olduğu coğrafi mövqeyində rəqib ölkələrin onun güclənməsini istəməmələrində əhəmiyyətli rol oynayır. Müsəlman ərəb dünyasına Suriya üzərindən çıxış buna bariz nümunə ola bilər. Qərb, ABŞ,  İsraili, Rusiya və İranı narahat edən digər bir faktor odur ki, Türkiyə Osmanlı dövlətinə çevrilərək güclü ordusu ilə türk-islam dünyasına təkrar liderlik edə bilər. Bu isə 1.5 milyardlıq islam dünyasının siyasi, əsgəri və iqtisadi müstəqilliyi deməkdir. Bu bas verərsə, ən qısa zamanda qarşımıza parçalanmış Rusiya və İran çıxacaq, ərəb dövlətlərində mövcud olan bütün qərb yönümlü  sülalə hakimiyyətlərinə son veriləcək. Ən nəhayətində İsrailin bir dövlət olaraq yaşama şansı çox az olacaq.

Bütün bu "fəlakətlərin" olmaması üçün terrordan tutmuş daxili siyasi ixtilaflara qədər hər cür çirkin oyunları oynayaraq Türkiyənin önünü kəsməyə çalışırlar. Ankaradakı son terror hadisəsi də Türkiyəni qlobal güclərin və həmin güclərin əlində alətə çevrilmiş sol təşkilatın növbəti addımı idi. Bütün çirkin təxribatlara baxmayaraq, Türkiyə qarşısına qoyduğu 2023-cü il hədəfinə doğru inamla irəliləyir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları