Yuxarı

Qiyamçı səfir: “Biz hamımız Azərbaycana qayıdacağıq”

Qiyamçı səfir: “Biz hamımız Azərbaycana qayıdacağıq”

“İndiki şəraitdə Azərbaycana qayıtmağım qeyri-mümkündür”.

Cebhe.info-ya açıqlamasında Azərbaycanın Avropa İttifaqındakı keçmiş səfiri Arif Məmmədov belə deyib.

Lakin A.Məmmədov ölkəyə gələcəyini də istisna etməyib: “Biz hamımız Azərbaycana qayıdacağıq. Amma indiki şəraitdə mənim ölkəyə qayıdışım qeyri-mümkündur. Bu, yalnız mövcud hakimiyyət getdikdən sonra mümkün olacaq”.

Qeyd edək ki, Azərbaycanın Avstraliyadakı səfirinin keçmiş katibi Anar Həsənov Cebhe.info-ya müsahibəsində yaxın vaxtlarda ölkəyə qayıdacağını deyib.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları