Yuxarı

AXCP funksioneri: “Ermənistan şərtləri qəbul etmək zorundadır”

AXCP funksioneri:  “Ermənistan şərtləri  qəbul etmək  zorundadır”

 

“Son 4 gündə baş verən proseslər onu göstərdi ki, bizim çox güclü dövlətimiz, ordumuz, xalqımız var”. Bunu AXCP funksioneri Rafiq Daşdəmirli  cəbhə bölgəsində gedən prosesləri “Cümhuriyət”ə şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi artıq Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur:

“Elə məsələlər var ki, biz onu bilmirik.  Ermənistan iki dəfə bəyən etdi ki, sülh danışıqlarına getməyə razıyıq. Azərbaycan da müəyyən addımlardan sonra atəşi  dayandırdı. Hesab edirəm ki, atılan addım doğrudur. Ancaq erməni tərəfi yenə də atəşkəs rejimini pozarsa, ordumuz bunun cavabını verəcək. Bizim son sözümüz odur ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarında birdəfəlik çıxsın. Əgər Ermənistan tərəfi Azərbaycan torpaqlarından sülh yolu ilə çıxmayacaqsa, biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə də qadirik. Son əməliyyatlarda  Azərbaycan ordusu bunu əyani şəkildə sübut etdi. Bunun üçün də Ermənistan tərəfi də artıq başa düşür ki, Azərbaycanın atəşkəs şərtlərini qəbul etməyə məcburdur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları