Yuxarı

AXCP-nin sədr müavini: “Bu, təslimçilik deyil"

AXCP-nin sədr müavini: “Bu, təslimçilik deyil

“Ölkədə yaranmış son durumu hakimiyyətdəkilərin iradəsizliyinin ifadəsi və ya ölkənin maraqlarının xarici qüvvələrə tabe olunması kimi dəyərləndirmək cox yanlışdır”. Bunu cəbhədə 4 gün davam edən qızğın döyüşlərdən sonra aprelin 5-i Azərbaycanla Ermənistan arasında razılaşdırılan atəşəkəsə münasibət bildirən AXCP-nin sədr müavini Səbuhi Aslanbəyli deyib.

Sədr müavini bildirib ki, xalqımızın yüksək səviyyədə əzmkarlıqla torpaqlarımızı işğaldan azad etmək arzusu başadüşüləndir:

“Amma Azərbaycana qarşı beynəlxalq səviyyədə ən yüksək etalonda olan təzyiqləri də nəzərə almaq lazımdır. Bu, təslimçilik demək deyil, bu situasiyanı doğru qiymətləndirib maksimum halda yaranmış vəziyyətdən faydalanmaq deməkdir. İndiki halda hesab edirəm ki, müəyyən mənada dövlətimizin bir cox maraqları təmin olunacaq. Bu qacılmazdır. Digər tərəfdən də Ermənistanın atəşkəsə riayət edəcəyinə inanmıram, bunun dəfələrlə şahidi olmuşuq. Eyni zamanda hadisələrin hansı formada inkişaf edəcəyindən asılı olmayaraq, AXCP olaraq ordumuzun yanındayıq”.

Cebhe.info





Həftənin ən çox oxunanları